Qlobal istiləşmə Ağrı dağına da təsirini göstərib

2023-09-08 18:18:59

Qlobal istiləşmə Ağrı dağına da təsirini göstərib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, qlobal istiləşmə nəticəsində Türkiyədə yerləşən Ağrı dağının zirvəsindəki (5137 metr) “Təkkə” buzlaqları son 45 il ərzində təqribən 41% azalıb.

Qarların əriməsi nəticəsində zirvədə sırsıralar əmələ gəlir, dağın yamaclarında isə vaxtaşırı sellər olur.

Ağrı Təbiət Elmləri və Ədəbiyyat Universitetinin coğrafiya kafedrasının müəllimi, professor Alperen Kayserilinin sözlərinə görə, sənayenin inkişafı nəticəsində son 200 il ərzində atmosferdə  karbon qazı artıb və 1880-2020ci illər arasında Yerin temperaturu 1 dərəcədən artıq artıb ki, bu da neqativ nəticələrə səbəb olub.

Həmçinin, Ağrı dağına ötən il 20 min nəfərdən artıq alpinist dırmaşıb, bu il isə onların sayının daha çox olduğu deyilir. Ziyarətçilərin dağın üzərinə atdıqları tullantılar da ekoloji problemlər yaradır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138561