"Qlobal Gateway" layihəsində Azərbaycan İranlı ekspertin gözü ilə...

2022-12-29 13:22:00

İranlı "ekspertlər"in Azərbaycanın maraqlarının əks olunduğu layihələrə toxunması, təhlil və müzakirə etməsi, hətta çəkinmədən biruzə verdikləri paxıllıq hissi ilə yanaşmalarına çoxdan öyrəşmişik. Artıq çoxdan adət etmişik ki, iranlı ekspertlərin mövqeyi erməni maraqlarına cavab verir və Ermənistanın maraqlarına daha həssas yanaşır. Belə ki, İranın Cənubi Qafqazın iqtisadi məsələləri üzrə ekspert Tohid Vərestan elə Avropanın “Qlobal Gateway” layihəsində Azərbaycanın mövqeyini araşdıraraq “Aran News” saytında yazır:
“Aİ komissarı Oliver Verhli dekabrın 11-də təsdiqləyib ki, Avropa Birliyi Azərbaycandan Gürcüstan vasitəsilə Mərkəzi Avropaya enerji ötürülməsini asanlaşdıracaq strateji Qara dəniz sualtı elektrik kabelinin tikintisinə 2,3 milyard avro ayırmağa hazırdır. Hesablamalara görə, Qara dəniz kabeli Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna) üçün 17 milyard avro dəyərində daha geniş proqramın bir hissəsidir. Hansı ki, bir neçə nəqliyyat və kommunikasiya layihələrini özündə cəmləşdirir və Aİ proqramının bir hissəsidir.
"Qlobal Gateway" layihəsinin təşəbbüskarı, Avropa Komissiyasının sədri Ursula Von der Leyen deyib: “Qlobal Gateway hər şeydən əvvəl Avropanın beynəlxalq rəqabət bazarında mövqeyini gücləndirməyə çalışan geosiyasi layihədir”.
Buna görə də, bu layihə həyati bir alətdir, çünki infrastruktur sərmayələri bugünkü geosiyasətin mərkəzində dayanır və bütün dünya üzrə tərəfdaşları Avropa ilə əməkdaşlıqda maraqlıdır”.
İranlı ekspert "Qlobal Gateway" layihəsində Azərbaycanın roluna gəldikdə isə bildirir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan nisbətən günəşli və küləkli olduğu üçün, eləcə də əhəmiyyətli su, biokütlə və geotermal ehtiyatlara malik olduğuna görə bərpa olunan enerji üçün əhəmiyyətli potensiala malikdir. Ölkə 2030-cu ilə qədər enerji kompleksində bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı planlaşdırır və hazırda bərpa olunan enerji mənbələri üçün beşillik strategiya hazırlayır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135711