Qladkov: Vəziyyət ağırdır, Ukrayna Rusiya ərazisini bombalayır

2022-05-12 09:00:00

Qladkov: Vəziyyət ağırdır, Ukrayna Rusiya ərazisini bombalayır

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Soloxi kəndini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, daha 3-ü isə xəsarət alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

“Bütün atışmalar dövründə ən ağır situasiyadır. Təsdiq olunan informasiyalara əsasən hazırda bir nəfər təcili yardım maşınında ölüb, daha 3 insan isə xəsarətlər alıb. Onlara lazımi yardım göstərilir”, - deyə Qladkov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya