“Qızımın ölümünə təcili yardımın məsuliyyətsizliyi səbəb olub” – VELOSİPEDDƏN YIXILARAQ ÖLƏN QIZIN ANASI

2022-06-24 17:29:00

“Qızımın ölümünə təcili yardımın məsuliyyətsizliyi səbəb olub” – VELOSİPEDDƏN YIXILARAQ ÖLƏN QIZIN ANASI

Bakıda 16 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/44 ünvanında baş verib.

Paytaxt sakini, 2006-cı il təvəllüdlü Röya Kazımova velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. 16 yaşlı qız aldığı xəsarətlərdən vəfat edib. Vəfat edən azyaşlı qızın anası Sona Ələkbərova deyir ki, qızının ölümü təcili yardımın məsuliyyətsizliyi tərəfindən olub:

"Qızım iyunun 18-i 19:00-da velosipeddən yıxılıb. Uşaq qabağına çıxan zaman tormuzu saxlaya bilməyib, özü düşüb. 19:15de təcili yardıma yığıblar. 19:32-də sona təcili yardıma zəng edib məlumat vermişəm. 19:30-da təcili yardımı gəlib.20:50-yə qədər tıxacda qalıb. Nə siqnal verilməyib, miqalka yandırılmayıb. Hətta, uşağın yanında nə tibb bacısı, nə də həkim olmayıb. Qardaşı və iki dostu olub. Qardaşı bacısından soruşub: bacı haran ağrıyır? Qarnını göstərib. Hətta yeniyetmənin nəbzi dayanıb, uşaqlar qışqıraraq həkimi köməyə çağırblar. O anda həkim qabaq oturacaqdan düşüb arxaya keçib. Həkim gəlib baxanda qardaşının  qollarında canını tapşırıb, amma mən və qohumlarımız həkimə  dəfələrlə zəng vurduq. Həkim dedi ki, narahat olmayın hər şey yaxşıdır. 3 nömrəli Sabunçu xəstəxanasına aparmaq istəyiblər və qızım yolda keçinib. Bəhanə edirlər ki, guya yolda tıxac olub. Təcili yardımda tıxacda dayanıb. Ora yaxın özəl xəstəxanalar da  olub. Əgər qızımı tez çatdırmaq istəsəydilər, yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirərdilər".

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya