Saat:07:00
Haqqımızda

“Qızıl mağazalarım varsa, götürsünlər...” - deputat

2022-05-19 17:45:00

“Qızıl mağazalarım varsa, götürsünlər...” - deputat

“Qızıl mağazalarım varsa, götürsünlər. Haradadırsa, mənə də desinlər yerini. O gün də yazıblar ki, guya mənim rayonda çox böyük fermalarım var. Dedim, varsa, hərənizə yüz qoyun verirəm...”

Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

“Ömrümdə ticarət nədir, bilməmişəm, yalnız dövlət qulluğunda işləmişəm, əmək haqqımı da bu şəkildə almışam. Övladlarımın da hamısı bu sahədədir. Yəni bizneslə, ticarətlə məşğul olan nəslimizdə olmayıb heç vaxt. Əlimizdən gəlməyib belə işlər. Belə xəbərləri yayan saytlara, qəzetlərə, bilirsiz, necə nifrətlə baxırlar. Bunu etməklə nə əldə edə bilirlər? Lap kiminsə nəyisə var, get bir onun yerini öyrən, bax ki, bu adam, doğrudan, bununla məşğul olubmu? Sən özünü niyə biabır edirsən belə xəbərlər yazmaqla? Axı sənə onsuz heç kim inanmır” – deputat qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR