Saat:23:44
Haqqımızda

Qızartı, qabıqlanma, şişkinlik: İnsanları kor edən yeni virus

2024-02-09 22:57:02

Qızartı, qabıqlanma, şişkinlik: İnsanları kor edən yeni virus

Qış fəsli qapalı məkanlarda sərf olunan vaxtı artırıb. Beləliklə, yoluxucu xəstəliklər sürətlə yayılmağa başlayıb. Mütəxəssislər bu dövrdə qırmızı göz xəstəliyi hadisələrinin artdığına diqqət çəkərək, ümumi simptomlarla bağlı xəbərdarlıq ediblər.

Qırmızı göz xəstəliyi və ya göz iltihabı kimi tanınan konjonktivit göz almasının və göz qapaqlarının daxili səthini örtən konyunktiva adlanan membran təbəqəsinin iltihablı infeksiyasıdır. Bunun bir çox səbəbi var. Nunlara viral, bakterial, göbələk və ya parazitlər, quru gözlər, gözə yad cisimlər, kimyəvi zədələr və travmalar və ya allergik səbəblər (polen, toz, ev heyvanı tükü və s.) daxil ola bilər.

Bu infeksiyanın simptomları göz qapaqlarında qızartı, qabıqlanma, ağrı və şişkinlikdir. İnfeksiyaya bağlı inkişaf edən qırmızı göz xəstəlikləri arasında adenoviral konjonktivitin epidemiyaya səbəb ola bilər. Adenoviral konyunktivit ən yoluxucu, ən uzun sürən və ağır növdür. Havalar soyuduqca və qapalı məkanlarda qalma müddəti artdıqca birlikdə və ya ayrı-ayrılıqda viral tənəffüs xəstəlikləri və konyunktivitlərin artdığını görürük. Viral konyunktivit; ictimai nəqliyyat, məktəb-uşaq evi, xəstəxana, yataqxana kimi yerlərdə sürətlə yayıla bilən əhəmiyyətli bir xalq sağlamlığı problemidir.Semptomlar adətən birdən başlayır və qrip/soyuqdəymə kimi üst tənəffüs yolu xəstəlikləri ilə əlaqələndirilir.

Xəstəliyin sürətlə yayılmasının səbəbi virusun yoluxmuş səthlərdə həftələrlə qala biləcəyi üçün yoluxma ehtimalının yüksək olmasıdır. havadan damcı yolu ilə ötürülür və virusa yoluxan şəxs simptomlar göstərmədən əvvəl virusu yaymağa başlayır. Hər bir xəstəlik kimi, adenoviral konjonktivitin şiddəti və müddəti insandan insana dəyişir. Çox vaxt xəstəliyin simptomları 1-2 həftə ərzində problemsiz sağalır, lakin bir qrup xəstədə buynuz qişanın tutulması ilə vəziyyət pisləşir və 1-3 aya qədər davam edə, görmə itkisinə səbəb ola bilər.

© Yenisabah.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR