Qiyamət günü Allah Təala bu üç dəstə insana nəzər salmayacaq

2022-09-09 00:11:00

Qiyamət günü Allah Təala bu üç dəstə insana nəzər salmayacaq

Allah Qiyamət günü bütün insanlarla danışacaqdır (təbii ki, özünəməxsus mənada. Çünki, Uca Allah maddi deyil və vəsfolunmazdır), üç dəstə insandan başqa. Bəs bu üç dəstə insan kimlərdir?

İmam Sadiq (ə) buyurur: "Elə kəslər vardır ki, Allah Qiyamət günü onlara nəzər salmayacaq və onlarla danışmayacaqdır.

1. Birinci dəstə o kəslərdir ki, xilafəti qəsb edib, haqsız yerə İmamların (ə) yerində əyləşiblər.

2. İkinci dəstə o kəslərdir ki, İmamlarla (ə) və Allahın İmam təyin etdikləri ilə vuruşar.

3. Üçüncü dəstə o kəslərdir ki, bu iki əvvəlki dəstə üçün bir zərrə imana və paya malik olarlar".

Bu üçüncü dəstə özləri vuruşmaz və düşmənçilik etməzlər. Ancaq o iki dəstənin hərəkətlərini görər, onları həqiqi müsəlman hesab edərlər.

Ona görə də onlar da əvvəlki iki dəstə ilə birlikdə cəhənnəmə daxil olar və İlahi rəhmətdən məhrum olan kəslərdən olarlar. \\Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061444