Saat:17:14
Haqqımızda

Qiyamçı Həftər Tunisdəki çevrilişi dəstəklədi

2021-07-26 15:36:00

Qiyamçı Həftər Tunisdəki çevrilişi dəstəklədi

Hurriyyet.org xəbər verir ki, Liviyada qeyri-qanuni silahlı qüvvələrin başçısı, BƏƏ tərəfindən dəstəklənən general Xəlifə Həftər Tunisdəki çevrilişi sevinclə qarşılayıb. Qiyamçı terror qruplaşmasının lideri Həftər deyib: “Tunis müsəlman qardaşlara qarşı qiyamdan sonra inkişafın qarşısındakı ən böyük əngəldən xilas oldu”.

Xəbər verdiyimiz kimi, Tunis Prezidenti Kais Said parlamentin və Nazirlər Kabinetinin fəaliyyətini dondurduğunu, millət vəkillərinin toxunulmazlığını ləğv elədiyini, Baş nazir Hişam əl Məşişini istefaya göndərdiyini bəyan edib, yeni Baş nazir təyin edəcəyini bildirib.

Xarici mətbuatın yazdığına görə, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu şəxslərindən olan Dubay Polis İdarəsinin müdir müavini Dhahi Xalfan Tunisdə baş vermiş çevrilişdən dörd gün əvvəl Müsəlman Qardaşları nəzərdə tutaraq bildirib: “Yaxşı  xəbərlər var. Qardaşlığa qarşı yeni bir güclü çevriliş gəlir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR