Saat:15:18
Haqqımızda

“QİSAS”, YAXUD ANTİTERROR ƏMƏLİYYATI – Müxalif partiya ordumuzu düşmən təxribatlarına layiqli cavab verməyə səslədi

2022-08-08 16:35:00

“QİSAS”, YAXUD ANTİTERROR ƏMƏLİYYATI – Müxalif partiya ordumuzu düşmən təxribatlarına layiqli cavab verməyə səslədi

ADP dünya dövlətlərini Ukraynaya hərbi, siyasi, humanitar yardım durmadan artırmağa çağırıb

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilənin acı nəticələrinə münasibət bildirib.

İdarə Heyəti beynəlxalq təpkilərə, tətbiq olunan sanksiyalara baxmayaraq Rusiyanın beynəlxalq hüquqa zidd olaraq və on minlərlə insanın ölümü hesabına başa gələn bu qanlı müharibəni dayandırmaq fikrindən uzaq olmasını qətiyyətlə pisləyib. Qeyd olunub ki, bu müharibə yaratdığı təhlükə, gətirdiyi fəsadlar baxımından iki ölkə arasında olan müharibə çərçivəsindən kənara çıxmaqdadır və dünya dövlətləri Putin Rusiyasını durdurmaq üçün bütün səylərini birləşdirməli, tətbiq olunan sanksiyalar genişlənməli və Ukraynaya hərbi, siyasi, humanitar yardım durmadan artırılmalıdır.

İdarə Heyəti son günlər rus “sülhməramlı” qüvvələrinin nəzarət etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasıyla bir hərbçimizin şəhid edilməsi faktından, hərbi təxribatların ardıcıl olaraq davam etməsindən ciddi narahat olduğunu qeyd etməklə, bu təxribatların qarşısını almaq üçün ordumuzun keçirdiyi “Qisas əməliyyatı nəticəsində düşmən tərəfinin canlı itkilərə məruz qoyulmasını, çox sayda hərbi texnikanın məhv edilməsini, bir neçə strateji yüksəkliyin ələ keçirilməsini uğurlu antiterorr əməliyyatı kimi dəyərləndirib və ordumuzu anoloji təxribatların baş verdiyi istənilən halda düşmənin layiqli cavabını verməyə səsləyib.

Partiya rəsmiləri üçtərərfli sazişə əsasən ərazilərimizdə yerləşən rus “sülhməramlı” qüvvələrinin baş verən hadisələrə, hərbi təxribatlara susqunluq göstərməsini, dolayı yolla qeyri-qanuni erməni hərbi birləşmələrinə müxtəlif vasitələrlə yardım göstərməsini adı çəkilən sazişin ruhuna zidd olduğunu bildirib və hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, terrorçu qrupları ərazilərimizdən uzaqlaşdırmadığına görə Azərbaycanı tərk etməsini tələb etməyə çağırıb.

İdarə Heyəti Londonda yerləşən səfirliyimizə “Mehdi xidmətçiləri” adı altında radikal dini qrupun hücum çəkərək, bayrağımızı endirməsi, Azərbaycan əleyhinə şüarlar səsləndirməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktı Azərbaycanın suverenliyinə qarşı yönələn cinayət aktı kimi dəyərləndirməklə hakimiyyəti həmin şəxslərin Azərbaycana ekstradisiya olunması və ya istintintaqa cəlb edilimiş şəxslərlə aparılan işdə Azərbaycan hüquq mühafizə orqanları əməkdaşlarının iştirakını təmin etmək üçün məsələ qaldırmağa çağırıb.

İdarə Heyəti ABŞ senatının Qarabağın separatçı rejiminə minalanmış əraziləri təmizləmək adı altında iki milyon ABŞ dolları vəsaiti ayırmasını qətiyyətlə pisləyib və bu addımın zərərçəkən, ərazilərində küllü miqdarda mina yerləşdirilmiş və nəticədə 44 günlük müharibədən sonrakı dövrdə ən azı 186 nəfər vətəndaşının minaya düşərək xəsarət alası 40 nəfərin isə həlak olması Azərbaycana deyil, qondarma rejimə doğru atılmasının heç bir hüquqa, müharibə qanununa uyğun olmadığını diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar bir neçə nazirlik, komitə əməkdaşlarının rüşvət və korrupsiya faktına görə həbs edilməsini təqdir etməklə, bu faktlar nəticəsində dövlətə dəyən maddi ziyanların ödənilməsi məsələsində qüsurların mövcud olmasını qeyd edib və hakimiyyəti korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl, sistemli iş aparmağa, dövlətimizin iqtisadi əsaslarını, siyasi sabitliyini pozmağa xidmət edən bu bəlanın aradan götürlüməsi üçün tədbirlər planı hazırlamağa çağırıb.

İdarə Heyəti son vaxtlar İsrail ilə Fələstin dövləti arasında münasibətlərin yenidən gərginləşməsindən, Qəzza ərazisinin havadan hücumlara məruz qalmasından narahat olduğunu bildirib və bu hadisələrin dünyada sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini qeyd edib və beynəlxalq gücləri problemin aradan qaldırılması istiqamətində ciddi səylər göstərməyə çağırıb.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR