Qirkin HAAQA Məhkəməsi tərəfindən qiyabi olaraq ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ

2022-11-17 20:50:00

Qirkin HAAQA Məhkəməsi tərəfindən qiyabi olaraq ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ

Qirkin, Xarçenko və Dubinski mülki təyyarənin qəzaya uğraması və 298 nəfərin qətlində təqsirli bilinib.

Bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, Haaqa məhkəməsi Donbasda Malayziyaya məxsus MH17 reysinin Rusiya raketi ilə vurulduğunu təsdiqləyib.

Malayziya Hava Yollarına məxsus MH17 reysi 2014-cü ildə Ukraynanın şərqində, o vaxtlar “DXR” yaraqlılarının nəzarəti altında olan Pervomaysk yaxınlığındakı sahədən atılan Rusiya istehsalı olan raketlə vurulub.

Nəşr yazır ki, bu qənaətə noyabrın 17-də təyyarə qəzasında şübhəli bilinən dörd nəfərin işinə baxan Hollandiya məhkəməsi gəlib.

“Məhkəmə hesab edir ki, MH17 “Buk” raketi ilə Pervomaysk yaxınlığındakı kənd təsərrüfatı sahəsindən vurulub, nəticədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub”, – sədrlik edən hakim Hendrik Stenhuis deyib.

Sergey Dubinski, Oleq Pulatov, Leonid Xarçenko və artıq tanınmış FTX zabiti İqor Strelkov-Qirkin mülki təyyarəni vurmaqda ittiham olunurlar.

Haaqa məhkəməsi Strelkov-Qirkinin təqsirini sübuta yetirmiş hesab edir, Xarçenko və Dubinski raketin buraxılışında şəriklər hesab edilir. Pulatovun təqsirli olmadığı məlum olub.

Məhkəmə həmçinin etiraf edib ki, təyyarə vurulan zaman qondarma “DXR”in ərazisi Rusiya tərəfindən idarə olunub.

Bundan əlavə, Haaqa məhkəməsinin qənaətinə görə, MH17-nin vurulduğu “Buk” hava hücumundan müdafiə sistemi Rusiyadan Ukraynaya gətirilib, sonra isə geri alınıb.

Son məlumata görə, Haaqa məhkəməsi Qirkin, Dubinski və Xarçenkonu qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

Qirkin, Dubinski və Xarçenko həlak olanların yaxınlarına ən azı 16 milyon avro təzminat ödəməlidirlər. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151255