Qırğızıstanın Baş naziri səfərini yarımçıq qoydu
2024-02-02 11:36:51
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov istilik-elektrik stansiyasındakı qəza ilə əlaqədar Qazaxıstana işgüzar səfərini yarımçıq qoyaraq, təcili Alma-Atadan Bişkekə qayıdıb.
Japarov qəzanın nəticələrini aradan qaldırmaq üçün yaradılmış qərargahın iclasında işirak edəcək.
Alma-Atada keçirilən Avrasiya Hökumətlərarası Şuranın iclasında Qırğızıstanı Baş nazirin birinci müavini Adılbek Kasımaliyev təmsil edəcək.
Bəlli olduğu kimi, Bişkek İstilik Elektrik Mərkəzində qəza baş verib. Qəzanın səbəbləri barəsində hələ rəsmi açıqlama verilməyib. Qəza nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Hürr Tərcüman