Saat:07:29
Haqqımızda

Qırğızıstanda dinc sakinlər Tacikistanla sərhəddən təcili köçürülür

2022-01-28 09:47:00

Qırğızıstanda dinc sakinlər Tacikistanla sərhəddən təcili köçürülür

Hurriyyet.az xəbər “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstanda dinc əhalinin Tacikistanla sərhəd ərazidən təcili köçürülməsinə başlanıb. Əhalini münaqişə zonasından Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi çıxarır. Bu barədə məlumatı FHN-in Böhranlı Vəziyyətlərdə İdarə Mərkəzinin rəisi Muhammed Svarov verib.

Açıqlamada deyilir: “Qırğızıstanın Batken vilayətinin sərhəd kəndlərində yaşayan yerli sakinlərin evakuasiyası başlanıb”.

Fövqəladə Hallar Nazirliyi köçürülən vətəndaşların sayı barəsində məlumatın məxfi saxlanıldığını bildirib.

Tacikistan rəhbərliyi sərhəddəki atışma barəsində açıqlama verməyib.

Fərqanə vadisində yerləşən İsfana şəhəri üç tərəfdən Tacikistan ərazisi ilə əhatə olunub. Fövqəladə hadisə İsfana şəhərinin Somoniyon kəndində baş verib. Bəzi məlumatlarda yaralıların olduğu deyilir. İsfana-Oş yolu bağlanıb.

Xəbər verdiyimiz kimi, atışmanın səbəbinin Tacikistan tərəfinin birtərəfli qaydada Batken rayonundakı Tort-Koço məntəqəsindəki yolları bağlamasının olduğu bildirilir. Bu yol Qırğızıstanın Batken və İsfana şəhərlərini birləşdirir. Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat Xidmətinin açıqlamasında deyilir: “Yerli vaxtla saat 19:35 radələrində tacik tərəfinin Qırğızıstan sərhədçilərinə atəş açması nəticəsində vəziyyət pisləşib”. Tort-Koço və Çır-Dobo məntəqələrində atışma xüsusilə intensiv olub.

Atışma nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı xəbəri yayılıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR