Qırğızıstanda, Çində zəlzələlər oldu, Almatı silkələndi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qırğızıstan ərazisində güclü zəlzələ baş verib. Yeraltı təkanlar Qazaxıstanda da hiss edilib.
Bu gecə əvvəlcə Qırğızıstanda, ardından Almatı, sonra isə Çində təkanlar olub.
Seysmoloqların verdiyi məlumata görə, Qırğızıstanda baş vermiş zəlzələnin gücü 5,9 bal olub. Almatıdan 279 km cənub-şərqdə, 15 km dərinlikdə baş vermiş zəlzələ şəhərin özündə 2 bal gücündə hiss edilib. Tələfat və dağıntı barəsində məlumat yoxdur.
Çinin şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin mərkəzinin yerin on kilometr dərinliyində olduğu bildirilir. Çində də dağıntı və tələfatlar barəsində məlumat yoxdur.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dəhşətli fəlakətdən sonra Türkiyənin cənubunda aşağı ballı zəlzələlər baş verməyə davam edir.
Hürr Tərcüman.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya