Saat:08:57
Haqqımızda

Qırğızıstan yenidən Qazaxıstana nota verdi

2022-01-21 16:44:00

Qırğızıstan yenidən Qazaxıstana nota verdi

Qırğızıstan yenidən Qazaxıstana etiraz notası göndərib.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsi ilə əlaqədardır.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.

Xatırladaq ki, Qırğızıstan bu ay ərzində Qazaxıstana üç dəfə nota verib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR