Saat:18:16
Haqqımızda

Qırğızıstan və Tacikistan arasında atışma davam edir, danışıqlar baş tutmadı - VİDEO

2022-01-28 00:05:00

Qırğızıstan və Tacikistan arasında atışma davam edir, danışıqlar baş tutmadı - VİDEO

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli razılaşmanı yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi öz növbəsində Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bəyan edib:

"Qırğızıstan tərəfindən yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri intensiv atəşə tutulub. Tacikistanın mülki şəxsləri və sərhədçiləri arasında itkilər var".

Manşet.az 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR