Saat:11:00
Haqqımızda

Qırğızıstan-Tacikistan sərhədində qan axıdıldı – ölən və yaralananlar var

2022-01-28 09:04:00

Qırğızıstan-Tacikistan sərhədində qan axıdıldı – ölən və yaralananlar var

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qırğızıstanla Tacikistan sərhədində sərhədçilər arasında baş vermiş atışma nəticəsində 1 nəfərin həlak olduğu, 5 nəfərin yaralandığı bildirilir. Ölümcül şəkildə yaralanaraq həlak olan şəxs Hoci Alo adlı tacik kəndinin sakini olan Obidcan Tuyçiyevdir. Bu barədə açıqlamanı İsfana şəhər hökumətinin əməkdaşı verib. Mənbə bildirib ki, insident nəticəsində yaralanmış 5 nəfərdən ikisi sərhədçidir. Yaralılar şəhər xəstəxanasına çatdırılıblar.

Yanvarın 27-də axşam saatlarında Qırğızıstanla Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Tort-Koço və Çır-Dobo məntəqələrində atışma daha intensiv olub. Münaqişənin səbəbi Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunun tacik hərbçiləri tərəfindən bağlanması olub.

Qeyd edək ki, Qırğızıstanın İsfana şəhəri üç tərəfdən Tacikistan ərazisi ilə əhatə edilib.

Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, dünən axşam, yerli vaxtla təqribən 17.50-də Tort-Koço məntəqəsində Tacikistan vətəndaşları daşlarla dolu yük maşınlarında gələrək, həmin daşları Batken-İsfana avtomobil yoluna tökməyə başlayıblar. Onları Tacikistan sərhədçiləri müşayiət edib.

İki ölkənin sərhəd nümayəndələrinin görüşü nəticəsində avtomobil yolu hərəkət üçün açılıb.

Qırğızıstan Sərhəd Xidmətinin açıqlamasında deyilir: “Məsələ yoluna qoyulsa da, tacik tərəfi artıq sərhədin başqa tərəfində – bu səfər Çır-Dobo məntəqəsində Qırğızıstan sərhədçilərinə minaatanlarla qumbaraatanlardan atəş açıb. Ardından tacik sərhədçiləri Tort-Koço məntəqəsində qırğız hərbçilərinə atəş açıblaar. Tacikistan hərbçilərinin hərəkətləri koordinasiyalı olduğundan, təxribatın əvvəlcədən hazırlandığı aşkar görünür”.

Qırğız tərəfi bildirir ki, minaatanlardan istifadə sərhəd qoşunlarının ştat komplektinə daxil olmadığı üçün, Tacikistanın sərhəd qoşunları ölkənin Silahlı Qüvvələrinin qüvvələrindən və vasitələrindən istifadə edib, bu da beynəlxalq müqavilələrin və ölkələr arasındakı ikitərəfli razılaşmaların kobud şəkildə pozulmasıdır.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR