Qırğızıstan-Tacikistan sərhədində atışma

2022-06-14 12:32:00

Qırğızıstan-Tacikistan sərhədində atışma

Hurriyyet.az xəbər verir ki, Qırğızıstanla Tacikistan sərhədində ötən gecə yenidən atəş səsləri yüksəlib – sərhədçilər arasında atışma olub. Bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi verib.

Səhərin erkən saatlarında, Tacikistanın “Kex” sərhəd qoşunları xidməti postundan Qırğızıstanın Batken rayonundakı “Bulaqbaşı” postuna atəş açılıb. Qırğız sərhədçiləri cavab atəşi açmağa məcbur olublar.

Bundan sonra hər iki tərəfin sərhəd xidmətlərinin rəhbərlikləri arasında telefon danışığı olub. Sərhəd xidmətlərinin rəhbərləri hadisə yerinə gəliblər. Lakin, yerli vaxtla saat 7.50-də Tacikistan tərəfi yenidən qumbaraatanlar və minaatanlarla atəş açıb. Saat 8.10-da atışma dayandırılıb.

Vəziyyət gərgin olaraq qalır. Hazırda Bişkeklə Düşənbə təmsilçiləri hadisənin səbəblərini aydınlaşdırmaq və təkrarlanmasına yol verməmək üçün danışıqlar aparırlar.

Xatırladaq ki, iki respublika arasında bəzi sərhəd ərazilərinin dəqiqləşdirilməməsi səbəbindən sərhədçilər və yerli sakinlər arasında vaxtaşırı münaqişələr baş verir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya