Saat:12:18
Haqqımızda

Qırğızıstan Prezidenti ABŞ-a ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib

2024-02-12 11:09:18

Qırğızıstan Prezidenti ABŞ-a ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər dövlətləri ölkənin daxili işlərinə qarışmamağa və respublikada baş berən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
Japarov deyib: "Biz bərabərhüquqlu əməkdaşlıq tərəfdarıyıq və ABŞ da daxil olmaqla, bütün ölkələrlə və beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırıq. Mənim yeganə xahişim — ölkəmizin daxili işlərinə qarışmamağınızdır".
Bu bəyanat ABŞ dövlət katibi Entoni Blinkeninin Qırğızıstanın dövlət başçısı ilə bağlı açıqlamasının cavabı olub.
Fevralın 11-də Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ABŞ-ın Bişkekdəki səfiri Lesli Vieqri ilə görüşüb və Qırğızıstanda vətəndaş cəmiyyəti ilə bağlı narahatlığını ifadə eləmiş ABŞ dövlət katibinə cavabı təqdim edib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208776