Qırğızıstan bu şəxslərə 10 il müddətinə VİZA VERƏCƏK

2023-01-11 21:52:00

Qırğızıstan bu şəxslərə 10 il müddətinə VİZA VERƏCƏK

Qırğızıstan parlamenti ölkə iqtisadiyyatına 230 min dollar sərmayə qoyan əcnəbilərə 10 illik viza veriləcəyi qanunu qəbul edib.

Hurriyyet.Az “İnterfax”a istinadən xəbər verir ki, əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ən azı 10 milyon som (115 min ABŞ dolları) investisiya ilə  beş il müddətinə, 20 milyon som (230.000 ABŞ dolları) ilə 10 il müddətinə viza almaq hüququna malikdir.

Qeyd olunub ki, qanun layihəsini parlamentə deputatlar Dastan Bekeşev, Seidbek Atambayev, Janar Akaev və Elvira Surabaldiyeva təqdim ediblər.

 

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143523