Qidalanma yalnışdırsa dərmanın faydası yox, qidalanma doğrudursa dərmana ehtiyac yox

2022-07-30 19:38:00

Qidalanma yalnışdırsa dərmanın faydası yox, qidalanma doğrudursa dərmana ehtiyac yox

“Qidalanma yalnışdırsa dərmanın faydası yox,qidalanma doğrudursa dərmana ehtiyac yoxdur”

Hurriyyet.az bildirir ki, bu sözləri qidaelmi.az saytına, Bioloji təbabət klinikasının Elmi araşdırmalar mərkəzinin əməkdaşı, dietoterapevt, canlı qanın mikroskopiyası üzrə həkim Rəhimova Amaliya deyib. 

Onun sözlərinə görə, Ateroskleroz, diabet, piylənmə, xroniki yorğunluq sindromu, fibromialgiya, tükənmə sindromu, onkoloji, astma, podaqra, allergiya, akne, revmatoid artrit, artroz, autoimmun və neyrodegenerativ (Alsheymer, Parkinson) xəstəliklər….Təzahür və gedişatına görə çox fərqli olan bu xəstəliklərin əslində çox ümumi xüsusiyyətləri vardır.Bu xəstəliklər  ötən illərə nisbətən çox geniş yayılmışdır – əsaslarında yanlış qidalanma ilə tətiklənmiş gizli iltihab durur.

İrsi meyillik, bərbad ekoloji durum, psixoemosional stress, çeşidli toksinlər etioloji faktor kimi əlbəttə, önəmlidir. Lakin əksər hallarda bu xəstəliklər həyat tərzi , xüsusən də yanlış qida vərdişləri ilə bağlıdır. Müasir insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlığa deyil, qida industriyasına xidmət edir. Reklam vasitəsilə uşaq və gənclərin beynində ayaqüstü “yemək mədəniyyəti” yaradılaraq, ailə yeməyi ənənəsi evlərdən kənara daşındı.Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar sıravi vətəndaşların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Sənaye qidası yalnız bir məqsədə qulluq edir – şəkər, duz, yağ və qlutamat kimi qatqılarla asılılıq yaratmaq və belə qidalardan davamlı istifadəyə sövq etmək.

Keyfiyyətsiz və bəzən yararsız xammalın dadını “gizlətmək” üçün onların tərkibinə insan təbiətinə yad və toksiki dadlandırıcı maddələr əlavə olunur.Hazırda əsas toksin mənbələri – “tullantı” qida (junkfood),həm də bu qida və içkilərin qablaşdırıldığı plastik qablardır ki, tərkiblərindəki ftalat və bisfenol hətta erkən yaşda şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər.Bisfenol kimyəvi strukturuna görə qadın cinsi hormonuna bənzəyir; plastik butulkalar, qablar, o cümlədən körpələr üçün butulkaların tərkibində mövcuddur.Məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni- meyvədənsə keks-konfet-tort-suxariklərə meyilləndirən.

Bu cür qidalanan və lazımi qədər nutriyent almayan uşaq orqanizmi, “bolluq işində aclıq” çəkərək,qıt resurslarla böyüyür və təssüf ki,sağlam olmur.Vüsət almış uşaq aqressiyası ,hiperaktivliyi və allergiyalar birmənalı olaraq,qida faktoru ilə əlaqəlidir.Müasir insan çox yeyir lakin doymur “acdır”.Bunun da səbəbi faydalı maddələrlə təmin olunmayan.öz daxili resurslarını (vitamin,mineral..) çox saylı toksinlərin zərərsizləşdirilməsinə yönəldən orqanizmin dəyərli komponentləri hər şeydə axtarmasındadır (məsələn bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur).Müasir qidalanma tərzi,daxili mühiti kobud şəkildə dəyişərək çətin sağalan,bəzəndə sağalmayan xəstəliklərə yol açır.Bu mühitin duru,axarlı deyil,qatı bir substansiyaya çevrilməsi istənilən terapiyanı bəri başdan uğursuzluğa məhkum edir.Heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən keyfiyyətli müalicə etmək mümkün deyil.

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058569