Qəzzanın qanlı statistikası
2024-03-29 13:07:01
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, 2023-ü ilin 7 oktyabr tarixindən bəri Qəzza zolağında həlak olanların sayının 32 623 nəfərə, yaralıların sayının 75 092 nəfərə çatdığı bildirilir. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı şöbəsinin mətbuat təmsilçisi Əşrəf əl Kudra verib.
O, son sutka ərzində 71 fələstinlinin həlak olduğunu, 112 fələstinliyinin yaralandığını bildirib. Mətbuat təmsilçisinin sözlərinə görə, hələ də dağıntılar altında ölülər qalıb, lakin qarşı tərəfin əngəl olması səbəbindən onların çıxarılması qeyri-mümkün olub.
Hürr Tərcüman