Qəzzada ölənlərin sayı 39 090 nəfərə çatıb
2024-07-23 18:00:03

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, 2023-cü il 7 oktyabr tarixindən bəri İsrail ordusunun Qəzza bölgəsinə hücumları nəticəsində həlak olanların sayı 39 090 nəfərə çatıb. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda son sutka ərzində 84 fələstinlinin həlak olduğu, 329 nəfərin yaralandığı bildirilir. Bununla da indiyə qədər yaralananların sayı 90 147 nəfər olub.
Hürr Tərcüman
