Saat:03:15
Haqqımızda

Qəzzada daha 2 məscid hücuma məruz qaldı

2023-11-04 17:56:34

Qəzzada daha 2 məscid hücuma məruz qaldı

İsrail ordusu blokadada olan Qəzza zolağının cənubundakı Əli ibn Əbu Talib və Əl-İsticabə məscidlərini hədəfə alıb.

Hurriyyet.az xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı məscidləri hər saatdan bir vurur. Mənbələr Əli ibn Əbu Talib məscidinin və onun yanındakı bir evin tamamilə dağıldığını, Əl-İsticabə məscidinin isə ciddi ziyan gördüyünü bildirib.

Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Səlamə Maruf əvvəlki açıqlamalarında İsrailin Qəzza zolağına hücumları zamanı 52 məscidin tamamilə dağıdıldığını, 110 məscidin isə müxtəlif formada zədələndiyini demişdi.

Publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.874991