Saat:09:21
Haqqımızda

Qəzzada BMT-nin 3 əməkdaşı həlak olub

2024-07-11 17:20:28

Qəzzada BMT-nin 3 əməkdaşı həlak olub

Hurriyyet.az xəbər verir ki, İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində  Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin  (UNRWA)  üç nəfər əməkdaşı həlak olub. Bu barədə TASS-a Agentliyin mətbuat xidməti məlumat verib.
Məlumatda İsrail qüvvələrinin 5 iyul 2024-cü ildə anklavdakı humanitar yardım paylama mərkəzinə bitişik əraziyə idarəolunan raket zərbəsi endirdiyi bildirilir. Həmin zərbə nəticəsində təşklatın qarovulçu  vəzifəsində çalışan 3 əməkdaşı həlak olub.
Beləliklə, Fələstin-İsrail münaqişəsinin alovlanmağa başladığı, 2023-cü il oktyabr tarixində bəri öldürülən təşkilat işçilərinin sayı azı 197 nəfərə çatıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168697