“Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir” - İbrahim Rəisi
“Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”.
Hurriyyet.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən iclasına yola düşməmişdən əvvəl Tehranın hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ-nin hərəkətləri ilə sözləri üst-üstə düşmür: “Bu dövlət deyir ki, müharibənin genişlənməsini istəmir. Bu məqsədlə İrana və digər ölkələrə mesaj göndərir. Lakin bu bəyanatlar rəsmi Vaşinqtonun hərəkətləri ilə uzlaşmır. ABŞ-ın əsl üzünü hər kəs görməlidir”.
İ.Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.
Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib. (report)