Saat:18:40
Haqqımızda

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

2022-01-20 12:42:00

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Respublikanın rayonlarında mətbuat yayımı ilə bağlı problemlər var. Bölgələrdə qəzet satışı olmadığından yerli sakinlər çap mətbuatı ala bilmirlər. 

Hurriyyet.az xəbər verir ki, “Azərmətbuatyayım” ASC ilə Poçtdaşıma arasındakı çəkişmənin nəticəsində rayonlara gedən (dövlət qəzetlərindən başqa) qəzetlərin satışı dayandırılıb.

Ölkə Prezidenti medianın inkişafını və jurnalistlərin fəaliyyətini daim diqqətdə saxlayır. Çap mediasına maddi dəstək verir, bütün media quruluşlarında çalışan jurnalistlərin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı qayğı göstərir. Lakin apardığımız müşahidələrdən aydın olur ki, qəzetlərin köşklərdə satılması düzgün həyata keçirilmir. Görünür ki, kimlərsə Prezidentin media ilə bağlı apardığı siyasəti sabotaj edir.

YƏHYA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR