Saat:08:51
Haqqımızda

Qəzəbi idarə etmək həqiqi möminlərin xüsusiyyətidir

2022-11-02 00:02:00

Qəzəbi idarə etmək həqiqi möminlərin xüsusiyyətidir

İnsanda qərar verilən bütün hisslər əbəs deyil və boş yerə verilməyib. Məsələn, qəzəb və sevgi, hər ikisi zəruridir və funksiyaları var.

Allah, Peyğəmbərin (s) və onun xüsusi səhabələrinin vəsfində "Fəth" surəsinin 29-cu ayəsində buyurur: "Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər". deməli, qəzəb və sevgi, hər ikisi öz yerində işlədilməlidir.

Peyğəmbərin (s) həyatını tədqiq etsək görərik ki, mərhəmət və məhəbbətlə yanaşı, lazım olan yerdə qəzəb də vardı. Amma bu qəzəb öz yerində və Allahın razı qalacağı şəkildə istifadə olunur.

Nəfsani istəklər üçün olan qəzəbi cilovlamaq lazımdır. Təqvalıların xüsusiyyətlərindən biri də qəzəbini cilovlamaq və onu boş yerə sərf etməmələri və yerində ondan istifadə etmələridir. Onlardan biri də haqsızlıq və zülmü müşahidə etdikləri zamandır. Bu qəzəb müqəddəs qəzəbdir.

Allahın xüsusi möminlərinə verdiyi mühüm nəsihətlərdən biri də "Kəzmi Qeyz"dir. Bu o deməkdir ki, insan qəzəbin ən şiddətli vəziyyətindədir, lakin qəzəbini idarə edir və ondan heç bir şey göstərmir. Bu sifət təqvalı insanlara xasdır. Allahın vədinə əsasən, insanı ilahi məğfirətə layiq edir: "133.

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin" (Ali-İmran, 133).

Sonrakı ayədə təqvalıların sifətlərindən birinin qəzəbi udmaq olduğu bildirilir: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər" (Ali-İmran, 134).

Elmi cəhətdən də ağıl hirsimizi idarə etməyimizi diktə edir. Adətən insanlar qəzəbləndikləri zaman səhv qərarlar verirlər. Qəzəblənəndə insan ən dağıdıcı qərarlar verir, sonradan peşman olur, amma hər zaman düzəliş etmək şansı olmayacaq. \\Milli.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR