Saat:20:27
Haqqımızda

Qəzanın şahidi olan müğənni: “Dəhşətiydi, uşaqlar pəncərələrdən yerə düşmüşdü”

2022-06-14 14:25:00

Qəzanın şahidi olan müğənni: “Dəhşətiydi, uşaqlar pəncərələrdən yerə düşmüşdü”

Xəbər verdiyimiz kimi, Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb. 

Qəza nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib. Avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artisti Əlikram Bayramov qəzanın canlı şahidi olduğunu deyib:

“Qəza günü mən Ağsudan toydan gəlirdim, düz qəzanın yanında idim. Mən xoşlamıram çəkib sosial şəbəkələrdə paylaşım, amma mənzərə dəhşətli idi. Bizim vaxtımızda da məktəblilər uzaq yerlərə, rayonlara gedirdilər, amma bu qədər gecəyə qalmırdılar. Burada bir problem yoxdu, məktəblilər gəzə-gəzə öyrənir, inkişaf edirlər. Gecə 12 idi, mən toydan qayıdırdım, o vaxta qədər məktəbliləri saxlamaq olmaz, onların təhsili var. Səhər bir az tez gedib, axşam da tez qayıtmaq lazımdır. Özü də Şamaxı aşırım yoludu, təhlükəlidir. Mən çox dəhşətli hadisəyə şahid oldum. Uşaqların hərəsi bir tərəfdə idi, pəncərələrdən yerə düşmüşdü”.

O, valideynlərə məsləhət verərək uşaqların bu cür gəzintilər zamanı vaxtında geri qayıtmasının tərəfdarı olduğunu bildirib:

“Valideynlərə məsləhətim odur ki, zamanı düzgün tənzimləsinlər. Ekskursiya olar, amma bu vaxtda yox. 6-a kimi gəzinti olar, gecə vaxtı o boyda nəqliyyatı yola çıxarmaq düzgün deyil. Mənim də nəvələrim müəllimləri ilə rayonlara gedirlər, getmə deyə bilmərəm. Çünki uşaq gəzməlidir, şəhərin içində nə qədər qalacaq? Azərbaycanda tarixi abidələr var, məktəbliləri orada gəzdirmək lazımdır. Biri var oxuyasan, biri də var vizual görəsən”.

Qəza anında gördüklərindən danışan sənətçi bu hadisənin ona pis təsir etdiyini qeyd edib:

“Şamaxı yolunda gördüyüm mənzərəni unuda bilmirəm, nə qədər adam var idi, dəhşətə gəldim ki, burada nə baş verib. Getdim gördüm uşaqlar hərəsi bir tərəfdə uzanıb. Mən özüm üç dəfə qəzaya düşmüşəm, ayağım sınıb, əzilmişəm, amma uşaqları o vəziyyətdə görmək ürək ağrıdıcıdır.  Allaha min şükür ki, ölüm-itim olmadı”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR