Qəzadan sonra Nicatın telefonları və pulqabısı oğurlanıb
2023-08-15 17:03:00

Qəzadan sonra bloger Nicat Mütəllimovun telefonları və pulqabısı oğurlanıb.
Hurriyyet.az xəbər verir ki, bu haqda dostu Ramal İsayev İnstaqram hesabında paylaşım edib.
"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar. Bunu edənlər tapılıb cəzalandırılacaq", - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov 15 avqust gecə saatlarında idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində onun avtomobilində olan sərnişin Ruslan Şahin oğlu Məmmədov ölüb, N.Mütəlimov isə yaralanıb. Onun qolu amputasiya olunub.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya