Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək
2023-09-14 10:57:51

Ötən gün yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları-Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
P.Sədrəddinov qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən hərbçilərə şəhidlik statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında veriləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya