Qətər açılış matçında uduzmaları üçün rəqib oyunçulara 7 milyon rüşvət verib - İddia

2022-11-18 10:03:00

Qətər açılış matçında uduzmaları üçün rəqib oyunçulara 7 milyon rüşvət verib - İddia

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış matçında ev sahibi komanda Ekvador millisi ilə qarşılaşacaq. Qətər rəsmilərinin bu oyunda uduzmaları üçün Ekvador millisinin 8 oyunçusuna 7,4 milyon dollar rüşvət verdiyi iddia olunur.

Hurriyyet.az xəbər verir ki, bu iddia ilə jurnalist, siyasi analitik və Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzinin regional rəhbəri Amjad Taha çıxış edib.

“Qətər səkkiz Ekvadorlu oyunçuya 7,4 milyon dollar rüşvət verib ki, ilk oyunu (1-0, 2-ci hissə) uduzsunlar. Beş Qətər və Ekvador insayderi bunu təsdiqləyib. Ümid edirik ki, yalandır. Bunu paylaşmağın nəticəyə təsir edəcəyinə ümid edirik. Dünya FİFA-nın korrupsiyasına qarşı olmalıdır”, - jurnalist sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Qeyd edək ki, turnir noyabrın 20-də Qətər - Ekvador oyunu ilə start götürəcək və dekabrın 18-nə qədər davam edəcək.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.115752