Saat:19:44
Haqqımızda

“Qəriblər”in sahibi cərimələndi - FOTO

2021-12-08 00:29:00

“Qəriblər”in sahibi cərimələndi - FOTO

Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimə olunub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması müəyyən edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, “Qəriblər” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4 000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR