Saat:04:06
Haqqımızda

QƏRİBƏ MƏMLƏKƏT - Eldar Sabiroğlu yazır

2024-02-29 22:44:22

QƏRİBƏ MƏMLƏKƏT - Eldar Sabiroğlu yazır

Azərbaycan doğrudan da çox qəribə bir diyarmış. Bəzən elə hadisələr baş verir ki, insan bu ölkədə yaşadığına inana bilmir.

Əhmədin törətdiyi cinayətin tüstüsü ölkəboyu Azərbaycan vətəndaşlarının nəfəsini kəsir və hələ kəsməkdə davam edəcəkdir. Biz isə gəncliyə nələri aşılayırıq, heç fərqindəyik?! Əhmədin hadisəsindən sonra bir ALIN yazısı ortaya atıldı. Daha sonra məktəblərimizdə nələr oldu...

Adam sosial şəbəkələrdə yayımlanan  görüntüləri təkrar dilə gətirməyə utanır... Sanki Azərbaycanda gizlin, ya da açıq formada hadisə və cinayətləri unutdurma komissiyası fəalliyyət göstərir. Deyək ki, qatil Əhmədin törətdiyi cinayətin gündəlikdə qalma müddəti bu qədər olmalıymış. Dünya üzrə rekord həddə qalxan bu hadisə artıq sönmək üzrədir. Bəlkə mənə belə gəlir. 

Əvvəlkindən 4 uşağı olan və yenisi ilə iki gün əvvəl toy edən Ağstafa rayon İcra Hakimiyyəti başçısının törətmiş olduğu xoşagəlməz hadisə barədə hamı danışır. İndi avtobusda, parklarda, restoran və kafelərdə, hüzr yerlərində söhbətin əsas mövzusu adını yazmaq belə istəmədiyim təzə eşqə düşmüş və təmtəraqlı toy-büsat qurmuş icra başçısı barədədir. Bu nə işdir, Allahım!? Sabah camaat içinə necə çıxacaq bu başçı? Məktəbdə gənclərə hansı tərbiyə və əxlaqdan danışacaq?!

Nəhayət, bilirsiniz, kişi 4 uşaqlı anadan nə zaman boşanar? Yalnız bir səbəbə görə...

Eldar SABİROĞLU

Sabiq millət vəkili

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.246336