Qərəzdən söhbət getmir, AMEA yenidən qurulmalıdır - Aqil Abbas

2022-07-27 14:39:00

Qərəzdən söhbət getmir, AMEA yenidən qurulmalıdır - Aqil Abbas

“AzTV-nin süjetində heç bir qərəzli məqam görümürəm”.

Bunu Bakupost.az -a millət vəkili Aqil Abbas AzTV-nin AMEA haqqında ötən gün yayımladığı süjet haqqında danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, tənqid yazanda içində qərəz axtarmaq doğru deyil:

“AzTV-nin AMEA ilə nə qərəzi ola bilər? Bütün günü qəzetlər, saytlar müəyyən məsələləri tənqid edirlər. Akademiyadan çox şey gözlədiklərini bildirirlər. Mən süjetdə qərəz görmədim. Orada elmi-tədqiqat institutları var və müəyyən işlər görülür. Düşünürəm ki, elmi-tədqiqat institutları universitetlər ilə birləşsə, daha effektli olar. Bununla da tədqiqat işlərində və universitetlərin fəaliyyətində irəliləyişlər olar, eyni zamanda tələbələrin bilik səviyyəsinin yüksək olmasına kömək edər. AMEA yeni kəşflər etməlidir. AMEA saytında AzTV-nin tənqidi süjetini yerləşdirməklə" tənqidə açığıq" demək istəyir, amma eyni zamanda AzTV-nin süjetinə cavab da verir. Akademiyada vaxtilə Yusif Məmmədəliyev, Xudu Məmmədov, Fərəməz Maqsudov kimi böyük alimlər işləyib. Ona görə də akademiyanın ləğv edilməsilə bağlı söhbət gedə bilməz. Sadəcə, orada ciddi islahat aparılmalı, bu qurum yenidən qurulmaldır ki, daha fəal olsun və ölkə həyatına nüfuz edə bilsin”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056231