Qərbin Rusiya ilə bağlı planı ortaya çıxdı: - Moskva bu hüquqdan məhrum olacaq?
2024-08-16 14:05:38
Qərb ölkələri Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etmək və onu NATO-nun “daxili dənizinə” çevirmək istəyir.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, bu məqsədlər üçün alyansın yeni üzvləri olan İsveç və Finlandiyadan istifadə olunur.
O, əmindir ki, Qərb Rusiyanı, o cümlədən Qara dənizdə “buxovlamaq strategiyasını həyata keçirir”. O, bunun üçün hansı addımların atıldığını açıqlamayıb. “Birləşmiş Ştatlar və onun müttəfiqləri Dünya Okeanında təsirlərini artırmaq üçün digər beynəlxalq müqavilələrə məhəl qoymur və ya onlara yenidən baxmağa çalışırlar”, - deyə Patruşev “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
publika.az