"Qərbin Kiyevə silah tədarükü heç nəyi kökündən dəyişməcək" – Peskov XƏBƏRDARLIQ ETDİ

2023-01-09 20:40:00

“Qərbin Ukraynaya silah tədarükü heç nəyi kökündən dəyişməyəcək”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, NATO və Avropanın artıq Ukraynaya silah tədarükü ilə on milyardlarla dollar yardım etdiyini qeyd edib:

“Bu, Ukrayna xalqının ağrı və əzabını uzada bilər. Lakin onlar silah tədarükü ilə prinsipial olaraq heç nəyi həll edə bilməyəcəklər. Həmçinin Qərbin yeni silah tədarükləri xüsusi hərbi əməliyyatın öz məqsədlərinə çatmaq prosesini poza bilməz”, – Peskov vurğulayıb.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketini təqdim edib. Pentaqonun məlumatına görə, ABŞ yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya radarla idarə olunan “RIM-7 Sea Sparrow” zenit-raket kompleksləri ötürür.

Bundan əlavə, paketə 50 “Bradley” piyada döyüş maşını, 100 “M113” zirehli transportyoru, 500 tank əleyhinə raket, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat və haubitsa daxildir. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131755