Saat:22:08
Haqqımızda

Qərbin ikiüzlü siyasəti – türk admiral Qarabağ və Ukrayna müharibələrini müqayisə etdi

2022-03-09 12:21:00

Qərbin ikiüzlü siyasəti – türk admiral Qarabağ və Ukrayna müharibələrini müqayisə etdi

Hurriyyet.az xəbər verir ki, Türkiyənin təqaüddə olan kont-admiralı Cihad Yaycı həm Qarabağ, həm də Ukrayna müharibələrində istifadə edilən “Bayraktar TB2” silahlı dronlarına  münaqibət timsalında Qərbin ikiüzlü siyasət yürütdüyünü ifşa edib. Cihat Yaycı “Haber 7” kanalına müsahibəsində deyib: “Ermənistan Dağlıq Qarabağı işğal etmişdi. Rusiya Ukraynanı işğal edir. Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparırdı, Ukrayna da öz torpaqlarını azad etmək üçün mübarizə aparır. Azərbaycan “Bayraktar” SPUA və PUA-larından istifadə edirdi, Ukrayna da “Bayraktar” SPUA və PUA-larından istifadə edir. Qarabağda istifadə edilən dronlara görə Türkiyəni sanksiyalarla hədələyən Qərb, bu gün eyni PUA-ların Ukraynada istifadəsini böyük nəşrlərin manşetlərində tərifləyir. Mövqe eynidir, hadisələr eynidir, istifadə olunan PUA eynidir. Qarabağda sanksiya təhlükəsi ilə üz-üzəyik və hətta beynəlxalq məhkəmələrə də müraciət edirlər. Ukraynada tərifləyirlər. Bu, Qərbin açıq-aşkar ikiüzlülüyüdür. Bizim silah satmağımız müharibədə tərəf olduğumuz demək deyil. Əgər Rusiya bundan narazıdırsa, o zaman biz də Türkiyəyə qarşı silah qaldıran PKK terrorçularının niyə Rusiya istehsalı olan Kalaşnikov avtomatlarından, tankvuran silahlardan, raketlərdən istifadə elədiyini soruşa bilərik”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR