Saat:17:38
Haqqımızda

Qərbi azərbaycanlılar Hadruta köçür? - Deputatdan mühüm açıqlama

2022-01-28 12:21:00

Qərbi azərbaycanlılar Hadruta köçür? - Deputatdan mühüm açıqlama

Müharibədən 1 il 2 ay sonra belə Qarabağın cənubunda yerləşən Hadrut və Xocavənd rayonunun bir sıra kəndləri hələ də boş qalmaqdadır. Yaxın gələcəkdə həmin ərazilərə qərbi azərbaycanlıların köçü baş tuta bilər. Bu ehtimalı nə dərəcədə doğrudur? 

Təklifi artıqü bir dəfə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli səsləndirib.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı bildirib:

“İşğaldan azad edilmiş ərazilərimizdə artıq quruculuq işləri gedir. Çox keçməyəcək ki, məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyulacaq və onlar öz dogma yurdlarına dönəcəklər.

Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişəsinin tərkib hissəsi kimi, 1988-1991-ci illərdə Ermənistan ərazisindən 200 minə yaxın soydaşımız ermənilərə xas vəhşiliklə öz dədə-baba ocaqlarından qovulub. Əgər Qarabağ münaqişəsinin nəticələri aradan qaldırılırsa, bu insanların da haqqı özlərinə qaytarılmalıdır. Lakin son proseslərdən görürük ki, ermənilər hələ də buna hazır deyillər və görünür, hələ uzun müddət ağıllarını başlarına cəm eləyə bilməyəcəklər. 

Buna görə də, təklif edirik ki, ilkin mərhələdə Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi öz istəklərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdəki boşaldılmış “erməni” yaşayış məntəqələrinə köçürülsünlər. 

Əslində, bunu biz təklif etmirik, bunu həmin qaçqınların özləri xahiş edir və bu gün Azərbaycan Qaçqınlar Cəmiyyətində həmin qaçqınlardan 10 minə yaxın ailənin ərizəsi toplanıb”.

Ə.Ələkbərli əlavə edib:

“Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq, biz bunu bir neçə cəhətdən məqbul və vacib hesab edirik. Məcburi köçkünlər öz doğma kəndlərinə köçəcək və bu gün boş olan “erməni” kəndlərini sakinsiz saxlaya bilmərik. O kəndlər tarixən azərbaycanlı kəndləri olub, sonralar İrandan, Türkiyədən köçmə ermənilərlə məskunlaşdırılıb.

Bu gün Qərbi Azərbaycan qaçqınlarının Ermənistandakı evlərində ermənilər yaşayırsa, onlar niyə Qarabağdakı “erməni” evlərində yaşamasınlar?

1992-1994-cü illərdə həmin “erməni” kəndlərində onsuz da Qərbi Azərbaycandan qovulmuş insanlar məskunlaşmışdı və onlar bu kəndlərdən ikinci dəfə qaçqın düşdülər. Məsələn, keçmiş Hadrut rayonunun 10-dan artıq “erməni” kəndində, Xocalıda, Suqovuşanda 1992-1994-cü illərdə Qərbi Azərbaycan qaçqınları yaşayıb, indi onlar niyə həmin kəndlərə köçürülməsin?!”

Deputat onu da vurğulayıb ki, Azərbaycan hakimiyyətinin 1988-ci ildə buraxdığı səhvi bu gün təkrar olunmamalıdır:

“O vaxt Qərbi Azərbaycan qaçqınlarının Qarabağ ərazisinə köçürülməsinə icazə verilsəydi, bəlkə də sonralar xalqın başına bu qədər müsibət gəlməzdi. Bu gün Qərbi Azərbaycan qaçqınları həmin kəndlərə - Hadruta, Suqovuşana, digər boş kəndlərə köçürülməlidir ki, nəhayət, ermənilər bir daha xam xəyallara düşməsinlər və o torpaqlardan həmişəlik gözlərini çəksinlər.

Qərbi Azərbaycan qaçqınlarının həmin kəndlərə köçürülməsi onların Vətənə bir addım daha yaxın olmasına xidmət edəcəkdir ki, onların dədə-baba yurdlarına bağlılığı, o yurdlara qayıtmaq istəyi bir az daha artacaqdır. Bu məsələdə Şərqi Zəngəzur və Qarabağla həmsərhəd Qərbi Azərbaycan rayonlarından, məsələn, Qərbi Zəngəzurdan, Dərələyəzdən, Göyçədən olan qaçqınlara xüsusilə üstünlük verilməlidir”.

“Qərbi Azərbaycandan olan qaçqınların əksəriyyəti torpağa, təbiətə yaxın insanlardır və həmin insanların işğaldan azad olunmuş ərazilərə köçürülməsi həmin ərazilərin təkcə sürətlə məskunlaşmasına yox, həm də iqtisadi cəhətdən sürətlə inkişafına böyük töhfə verəcəkdir.

Nəhayət, regionların vaxtaşırı bir-birinə qarışması bizim bir millət olaraq bir-birimizə qaynayıb-qarışmamız üçün son dərəcə əhəmiyyətlidir. Bu, milli birliyimizə gələcəkdə də xidmət edəcəkdir, o milli birliyə ki, onun sayəsində erməni faşizmini darmadağın etdik və gələcəkdə də istənilən təhlükəyə və təcavüzə qarşı dayanmamıza vəsilə olacaqdır”, - deyə müsahibimiz yekunlaşdırıb.

Qərbi azərbaycanlılar Hadruta köçür? - Deputatdan mühüm açıqlama

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR