Saat:02:29
Haqqımızda

Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştirakı

2022-01-18 14:14:00

Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştirakı

Göyçə mahalı, minilliklərlə ölçülən maddi-mədəni, sakral-mənəvi və tarixi-coğrafi irs zənginliyi baxımından Qərbi Azərbaycanın tarixi səhifələrinin təşəkkülündə və yazılmasında xüsusi yer tutur. Bu mənada keçən əsrdə, 1939-1945-ci illərdə Avropa, Afrika və Asiya qitəsini bürüyən və oda qalayan II Dünya müharibəsinin iştirakçıları sırasında Qərbi Azərbaycanın çoxminlik ordusu sıralarında vuruşan Göyçə mahalından olan, o cümlədən Basarkeçər nahiyəsinin Ağkilsə kəndindən olan soydaşlarımızın da xatirəsi yaddaşlarımızdan silinməmişdir.

Müdrik xalq şairi və aşığı Ələsgər Alməmməd oğlunun (1821-1924) ulu babalarının XVI əsrdə Cənubi Azərbaycanın Ərdəbil mahalından köç edərək Göyçə düzənliyində, 3200 m hündürlüklü çalmalı dağnın ətəyində, Hüseyn çayının sahilində yurd-ocaq saldığı Ağkilsə kəndində 1940-cı ildə 80 ev, əhalisinin sayı 440-450 nəfər olub.

II Dünya müharibəsində iştirak edən və geri qayıtmayan Ağkilsə kəndinin sakinləri:

 -Qədim Bəşir oğlu Ələsgərov, Alməmmədlilər nəsli, (aşıq Ələsgərin oğul nəvəsi), 2 oğlu, 1 qızı olub;

 -Əsədulla Bəşir oğlu Ələsgərov, Alməmmədlilər nəsli, (aşıq Ələsgərin oğul nəvəsi), subay;

 -Yadulla Bəşir oğlu Ələsgərov, Alməmmədlilər nəsli, (aşıq Ələsgərin oğul nəvəsi), subay;

 -Mehdi Nağı oğlu Cəfərov, Həllaclılar nəsli, 1 oğlu, 1 qızı olub;

 -Abutalıb Bayram oğlu Məsimov, Məsimlilər nəsli (ulu babası bu kəndin əsasını qoyanlardan biridir), 1 oğlu olub;

 -Cəbrayıl Şükür oğlu Əziziov, Hətəmxanlılar nəsli, 1 oğlu olub;

 -Camal Tahar oğlu Əliyev, Usublular nəsli, subay;

 -Xanlar Hüseyn oğlu Hacıyev, Hacılar nəsli, 4 oğlu, 1 qızı olub;

 -Hacıbala Hüseyn oğlu Hacıyev, Hacılar nəsli, 1 oğlu, 1 qızı olub;

 -Musa Kərimov (Kəsəmən kəndindən anasının yanında bu kəndə gəlib), 1 oğlu olub;

 -Bəhram Allahverdiyev, Məsimlilər nəsli, 1 oğlu, 1 qızı olub;

 -Əli İmamqulu oğlu Qasımov, Həllaclılar nəsli, subay;

 -Tanrıverdi Qasım oğlu Hacıyev, Həllaclılar nəsli, 1 oğlu olub;

 -Babacan Məhəmmədəli oğlu Qurbanov, Qurbanlılar nəsli, subay;

 -Behbud Oruc oğlu Məmmədov, Hətəmxanlılar nəsli, 1 oğlu, 1 qızı olub;

 -Cəmşid Əbdüləzim oğlu Ələsgərov, Alməmmədlilər nəsli, (aşıq Ələsgərin oğul nəvəsi), subay;

 -Kərim Məhəmməd oğlu Qasımov, Həllaclılar nəsli, 1 qızı olub;

  Müharibədən qayıdan sakinlər:

 -Oruc Nağı oğlu Cəfərov (1924-1976), Həllaclılar nəsli;

 -Fərrux Teymur oğlu Vəliyev (1924-1998), Usublular nəsli;

-Oruc Nəcəf oğlu Babayev (1906-1992), Qurbanlılar nəsli;

-Bəhlul Behbud oğlu Məmmədov (1914-2008), Hətəmxanlılar nəsli;

  -Həşim Bəşir oğlu Ələsgərov (1910-1989), Alməmmədlilər nəsli, (aşıq Ələsgərin oğul nəvəsi);

  -Şahmalı İman oğlu Salahov (1924-1987), Alməmmədlilər nəsli;

  -Musa Bərxudar oğlu Əzizov (1917-1989), Hətəmxanlılar nəsli;

  -Osman Məhəmmədəli oğlu Qurbanov (1916-1998), Qurbanlılar nəsli;

  -Meydan Əli oğlu Orucov (1924-1982), Oruclular nəsli;

  -Cəbrayıl Pənah oğlu Əliyev (1905-1975), 1930-cu illərdə Cənubi Azərbaycanın Ərdəbil mahalından köçmüşdür;

  -Əziz  Şükür oğlu Əzizov (1910-1989), Hətəmxanlılar nəsli;

  -İsmayıl Əsgər oğlu Həsənov (1912-1989), Həllaclılar nəsli;

  -İman Həmzə oğlu Hacıyev (1900-1982), Hacılar nəsli;

   II Dünya müharibəsi veteranlarından kapitanlar Oruc Babayev və Əli Cəbrayılov, eləcə də sıravilər  Osman Qurbanov, Meydan Orucov partizan-müqvimət hərəkatında da iştirak etmişlər.

                                                             Qismət  YUNUSOĞLU, 

                                        Bakı Dövlət Universitetinin müəllimi

 

P.S. I Qarabağ müharibəsində Basarkeçər nahiyəsinin Ağkilsə kəndindən olan Bəylər Eldar oğlu Məmmədov (1972-1993) Şəhid olmuş, Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Qeyd: Yazının hazırlanmasında həm də  Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Ağkilsə kənd sakini  Akif Oruc oğlu Cəfərovun (1954) məlumatlarından istifadə edilmişdir.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR