Saat:20:37
Haqqımızda

Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştirakı

2021-09-07 11:50:00

Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisinin II Dünya müharibəsində iştirakı

II YAZI

“Uzaqdan toz-duman içərisində sürətlə hərəkət edən bir neçə avtomobil  bizim dəstəyə çatdı, maşından düşənlər içərisində yalnız S.Vurğunu tanıyıblar, qabağda gələn eynəkli və zəhmli, ciddi görkəmli bir nəfər əsgərləri salamlayıb və soruşub ki, balalarım, necəsiniz, nə çətinliyiniz var? Özünü  toparlayıb irəli keçən Qurban Qaraş oğlu Tanrıverdiyev bildirib ki, bizi bir tərəfdən almanlar qırır, bu tərəfdən ruslar, rus dilini bilmədiyimiz üçün rus zabitləri bizi təhqir edir, döyür, bəzi hallarda güllələyirlər. Həmin adam qulaq asıb, kövrəlib və üzünü tutub əsgərlərə ki, balalarım, dözün, dözün... Türkiyəyə görə bizi pis qələmə verməyə çalışırlar. Və yanındakı rus zabitinə Azərbaycan dilində sağa-sola dönməyi əmr edir, zabit cavab verir ki, başa düşmür. Həmin eynəkli adam ona izah edir ki, bunlar da kənddən gəliblər, rus dilini bilmirlər, onda bunları öldürmək lazımdır? Ayrılanda döyüşçüləri ümidvar etdi ki, üç günə siz sevinəcəksiniz. Elə də olur, üç günün tamamında təyyarələrlə əsgərlərə bağlamalar paylandı, içərisində yağ, çörək, bişmiş-şirin taamlar, əlcək, yun corab... və onlara Azərbaycanlılardan ibarət ayrıca alayın yaradılması xəbərini də verirlər...”

Sonradan bilirlər ki, eynəkli və zəhmli adam M.A.Bağırov (1896-1956) olub. Bu tarixi olayı həmin görüşün iştirakçıları olmuş Bəhmən Oruc oğlu Quliyev, Xudaverdi Alı oğlu Quliyev və Səfər Qoca oğlu Əliyev 1950-1960-cı illərdə tez-tez xatırlayardılar.(1941-1945-ci illərdə Azərbaycanın 5 milli diviziyası-77-ci, 402-ci, 396-cı atıcı diviziyaları, 223-cü Belqrad və 416-cı Taqanroq atıcı diviziyaları Qafqaz uğrunda döyüşlərdə, Kuban, Krım, Ukrayna və Baltikyanı ərazilərin azad olunmasında döyüşmüşlər.-Q.Y.) 

1942-ci ildə Cənub (Ukrayna) cəbhəsində Krım yaraımadasında baş vermiş bu cəbhə xatirəsini Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Nərimanlı kəndindən olan müharibə veteranı (o görüşün iştirakçısı) danışıb, 1970-ci illərdə. Bu kəndin 1941-ci ildə 2500-2800 nəfərə yaxın əhalisinin II Dünya müharibəsində 150 nəfərə yaxını iştirak edib, 72 əsgər döyüşlərdə qəhramanlıqla həlak olub, o cümlədən Qurban Qaraş oğlu Tanrıverdiyev (2 oğlu, 3 qızı qalıb).

  Başqa qayıtmayanları yad edək:

 -Pənah Xəlil oğlu Qarayev (2 uşağı qalıb);

 -Salman Xəlil oğlu Qarayev (4 oğlu, 1 qızı qalıb);

 -Hüseyn Hüseynquluyev (subay);

 -Allahyar Musayev (3 uşağı qalıb);

 -İskəndər Hacıvəli oğlu Hacıyev (4 uşağı qalıb);

 -Yetim İsa (subay);

 -Morul Yunis oğlu Hacıyev (subay);

 -Vəli İdris oğlu Hacıyev (subay, orta məktəbi qurtarıb yenicə müəllim işləyirmiş);

 -Meysəli İmamverdi oğlu Hacıyev (subay);

 -Məhəmmədəli Həşim oğlu Ağamməmədov (subay);

 -İsbi Həşim oğlu Ağamməmədov (subay);

 -Mədət Kərəm oğlu Abbasov (subay);

 -Bahadur Abbasov (2 oğlu qalıb);

 -Əmirxan İman oğlu Alıyev (subay);

 -Əmiralı İman oğlu Alıyev (subay);

 -Çovdar İman oğlu Alıyev (subay);

 -Xanbəyi Ocaqqulu oğlu Quliyev (təzə evlənibmiş);

 -Rəsul Ələkbər oğlu Cəlilov (təzə evlənibmiş);

 -Camal Müseyibov (2 oğlu, 1 qızı qalıb);

 -Hadı Yusif oğlu Əliyev (2 uşağı qalıb);

 -Qaraca Yusif oğlu Əliyev (subay);

 -Səyyad Alı oğlu Şabanov (subay);

 -Tağar Verdiyev (1 qızı qalıb);

 -Abdulla İmran oğlu Qəhrəmanov (subay);

 -İmamverdi Məmmədqulu oğlu Qəribov (4 uşağı qalıb);

 -Əli İman oğlu Bayramov (subay, yenicə müəllim təyin edilibmiş);

 -Çoban Kərəm (el arasında Dəli Kərəm deyiblər), (1 uşağı qalıb, rus dilini bilmədiyindən əmrləri çətinliklə 

  yerinə yetirəndə rus zabiti onu vurub, nə cavab versə yaxşıdır-olaydı o dağlar, sən də mənə əl qaldıydın, 

  gör başına nə oyun açardım da...);

  Nərimanlı kəndinin  müharibə veteranları:

  -Əhməd Qaraş oğlu Mehdiyev (1922-1955);

  -Məhəmməd Kazım oğlu Musayev (1893-1967), Gəncə şəhərində yaşayıb;

  -Ramazan Əlləz oğlu (1923-1974), Gəncə şəhərində yaşayıb;

  -Hüseynalı Ramazan oğlu Bayramov (1900-1970);

  -Tanrıverdi Quliyev (1890-1954); 

  -Abbasqulu Tanrıverdi oğlu  Quliyev (1926-1990);

  -Əsəd Mehdi oğlu Quliyev (1901-1964);

  -Qoşqar Cabbar oğlu Əmirov (1898-1963);

  -Məhəmməd Qoca oğlu Əliyev (1895-1974), Rusiyada yaşayıb;

  -Qurban Yusif oğlu Əliyev (1910-2000), Gəncə şəhərində vəfat edib;

  -Mehdi Həmzə oğlu Yaqubov (1906-1980);

  -Əli Binnət oğlu Tağıyev (1912-1984);

  -Məmməd Cabbar oğlu Qurbanov (1914-1993), Göygöl (Xanlar) rayonunda vəfat edib;

  -Savalan Yunis oğlu Alıyev (1918-1994), Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat edib, Naftalan 

   şəhərində dəfn edilib;

  -Mədət Möləş oğlu Qasımov (1921-1955);

  -Zülfüqar Qasımov (1910-1989);

  -Meydan Qurban oğlu Vəliyev (1908-1980);

  -İskəndər Paşayev (1920-1995), Göygöl (Xanlar) rayonunda vəfat edib;

  -İbrahim Paşayev (1904-1974);

  -Abbasəli Əli oğlu Hüseynov (1908-1984);

  -Nəcəf Zeynalabdin oğlu Abbasov (1911-1986);

  -Nəriman Məhəmməd oğlu Musayev (1920-2007), Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat edib;

  -Müzəffər Behbud oğlu Yusifov, qayıtdıqdan sonra Şəmkir rayonuna köçmüşdür;

  -Qaya Balakişi oğlu Məmmədov  (1920-2010);

  -Nəriş İmran oğlu Hacıyev, Basarkeçər nahiyəsində yaşayıb;

  -Qərib Qasım oğlu Hacıyev (1898-1975);

  -Musa Qasım oğlu Hacıyev (1904-1975);

  -Əli Həsən oğlu Namazov (1924-2005), Bakı şəhərində vəfat edib;

  -Hacı Bəşir oğlu Balıyev (1900-1990), Şəmkir rayonunda yaşayıb;

Qismət  Yunusoğlu,  

                                        Bakı Dövlət Universitetinin müəllimi

P.S. Basarkeşər nahiyəsi, Nərimanlı kəndinin 24 nəfər gənci I Qarabağ müharibəsində (1988-1994-cü illərdə) hay kilsə-daşnak faşizminə qarşı döyüşlərdə Şəhid olmuşdur. Bu kənddə 05 aprel 1969-cu ildə doğulmuş Şövqüyar Cəmil oğlu Abdullayev isə Kəlbəcər rayonu, Heyvalı kəndi uğrunda döyüşlərində 27 avqust 1992-ci ildə şücaət göstərmiş, qəhrəmanlıqla Şəhid olmuş, Bakı şəhəri, Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Cəmi Şəhidlərimizin ruhu şad olsun...

 Qeyd: Yazının hazırlanmasında həm də  Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Nərimanlı kənd sakini   Novruz Məmməd oğlu İsmayılovun (1932) məlumatlarından istifadə edilmişdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR