Qərbi Azərbaycanda zəlzələ – 133 nəfər yaralandı
2023-01-19 12:18:00

Zəlzələnin gücü 5,4 bal olub
Hurriyyet.az xəbər verir ki, dünən yerli vaxtla 13.38-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş 5,4 bal gücündəki zəlzələ nəticəsində 133 nəfər yaralanıb. Yaralılardan 6 nəfəri xəstəxanada müalicə alır.
15 kənddə 500 tikili zədələnib.
Xoy şəhərində 2022-ci il oktyabrın 5-də də 5,4 bal gücündə zəlzələ olmuş, 1127 nəfər yaralanmış, 50 ev tamamilə dağılmış, 500 ev isə zədələnmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya