Qərb Ukraynanın LGTB qanununu qəbul etməsini gözləyir
2024-11-22 11:28:47
Hurriyyet.az xəbət verir ki, "Strana" internet nəşrinin məlumatına görə, Zelenski ölkədə bircinsli cütlüklərin "ailə ittifaqı" hesab edilməsinə icazə verən qanun layihəsini imzalamağı vəd edib. Nəşrin "Teleqram" kanalında yayılan videoyazıda Zelenski tələbələrlə görüşdən sonra müvafiq suala müsbət cavab verdiyi bildirilir.
Nəşr bildirir ki, müvafiq qanun layihəsi baxılması üçün bir il əvvəl Ukraynanın Ali Radasına təqdim edilib, lakin indiyə qədər müzakirəyə çıxarılmayıb.
Hürr Tərcüman