Saat:20:37
Haqqımızda

“Qərb səhvən Rusiyanın bu imkanını nəzərə almayıb...” - “NATO-nun işində çox şey dəyişməli olacaq”

2024-05-04 17:27:22

“Qərb səhvən Rusiyanın bu imkanını nəzərə almayıb...” - “NATO-nun işində çox şey dəyişməli olacaq”

Əksər politoloqların fikrincə, Ukraynadakı müharibənin artıq üçüncü ildir ki, davam etməsi, işğala məruz qalan ölkənin böyük itkilərə və sarsıntıya məruz qalması təkcə Rusiyanın işğalçılıq siyasəti deyil, həm də Qərb liderlərinin qətiyyətsizliyi, riyakarlığı və bacarıqsızlığından irəli gəlir.

Son iki ilin təcrübəsi göstərir ki, Qərb Rusiya ilə mübarizədə bilərəkdən, yaxud bilməməzlikdən bir çox səhvlərə, zəifliyə yol verir, sanksiyaların effektivliyi üçün lazımi tədbirlər görmür, Ukarynaya zəruri dəstəyin həcmi və sürətilə bağlı əsassız tərəddüdlərə yol verir.

Hurriyyet.az xəbər verir ki, Litvanın Müdafiə naziri Laurinas Kaşyunas bu mövzuda olduqca maraqlı qiymətləndirmələrin yer aldığı açıqlamalar verib.

Nazir deyib ki, Rusiya Qərbin sanksiyalarına uyğunlaşa bilib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Rusiyanın bunu etmək imkanlarını, yəni, “Kremlin situasiyaya uyğunlaşmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirməyib”.

O, qeyd edib ki, NATO-nun yeni sammitinin başlanğıc nöqtəsi Rusiyadan gələn hərbi təhdid olmalıdır: "Moskva sanksiyalara baxmayaraq, avtoritar rejimdə cəmiyyətinin sosial rifahı üçün çox narahat olmadığı üçün öz iqtisadiyyatını müharibə relslərinə sala bilib".

Litvalı nazirin fikrincə, bu səhv və yanlış qiymətləndirmə ona görə yaranıb ki, ABŞ və Avropa Rusiyanı anlamağa çalışarkən Qərbə məxsus yanaşma və meyarları, strategiyanı tətbiq edib: “Öz cəmiyyət qarşısında məsuliyyətinin olmaması, öz səfərbərlik potensialından qəddar şəkildə istifadə etməsi (hansı ki, rəsmilərin fikrincə, 25 milyon nəfərə çata bilər), Rusiyanı alyansın yaxın gələcəkdə üzləşə biləcəyi ən təhlükəli rəqiblərdən birinə çevirir”.

Kaşyunas əmindir ki, bu və digər təhdidlərlə əlaqədar olaraq müttəfiq ölkələr “NATO-nun işində çox şeyi dəyişməli olacaqlar”: Birincisi, şərq cinahında alyansın regional qüvvələrinə daha çox səlahiyyətlərin ayrılmasını tələb edən daha çevik cavab və nəzarət sisteminin qurulması mərhələsi başlayıb. İkincisi, aydın olur ki, müdafiə xərclərinin 2%-ə qədər artırılması yalnız aşağı həddir və o, artırılacaq.

Üçüncüsü, NATO ölkələri ciddi şəkildə hərbi-sənaye kompleksini modernləşdirməli və gücləndirməlidir.

Dördüncüsü, Ukraynanı Avropaya və Qərbə qarşı yönəlmiş təcavüzün qarşısını almaq üçün bir vasitə və buna görə də Avroatlantika təhlükəsizliyi və birliyinin tərkib elementi kimi nəzərdən keçirməli olacaqlar.

Və nəhayət, Ukraynanın NATO-ya üzvlük məsələsi həll edilməlidir”.

Nazirin fikrincə, “kollektiv siyasi yanaşma tələb edən” daha bir məqam var: “NATO Rusiya ilə qarşıdurmaya eskalasiya-deeskalasiya paradiqmasında baxmağı dayandırmalıdır. Kreml yalnız gücü anladığına görə, biz Moskvanın münaqişənin eskalasiya dərəcəsini artırmaqla hədələməsinə imkan verməyən fəal müdafiə sistemini inkişaf etdirməliyik".

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176357