"Qərb Rusiyanı Qafqazdan çıxarmağı planlaşdırır" - TURAB RZAYEV

"Rusiyanın sərhədlərinin müdafiəsi Cənubi Qafqazdan deyil, Volqa-Don kanalından keçəcək"
"Qərb regiona dolayı yolla daxil olmaqda qərarlıdır. Praqada prezident Əliyevdən hərbi kontingent göndərməklə bağlı razılıq ala bilməyən Makron, ancaq Ermənistana, 40 nəfər say məhdudluğu ilə 2 ay maksimum müddət götürülməklə mülki missiya göndərməyə barışmağa məcbur oldu. Paralel olaraq, Azərbaycanı sanksiyalar ilə hədələyən Makron, sanksiyaların qoyulmasına qarşı 2 şərt irəli sürmüşdü: Ermənistan -Azərbaycan sərhəddində hərbi baza, Xankəndində nümayəndəlik. Regionda heç bir xarici əsgər çəkməsi istəməyən Bakı əlbəttə ki, buna neqativ cavab vermişdi. Eyni zamanda Xankəndidə açılacaq nümayəndəliyin gələcəkdə separatçı rejimə verilməsi nəzərdə tutulan muxtariyyətin ilk addımı olduğu açıq şəkildə görünürdü. Rəsmi Bakı rədd cavabı verdi". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Turab Rzayev qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, Qafqazda açıq şəkildə hərbi baza üçün icazə ala bilməyən Fransa görünür, bunu dolayı yolla edəcək: "Artıq Ermənistana göndəriləcək 200 nəfərlik mülki missiyada 2 dəyişiklik edilib: a) missiya Azərbaycan ilə sərhəddə monitorinq aparacaq. b) missiya tərkibində 70 nəfər Fransa jandarmı olacaq. Nəzərə alsaq ki, Fransa jandarmeriyası fransız ordusunun tərkib hissəsidir, bunu Avropa İttifaqının Cənubi Qafqazda hərbi iştirakının ilk addımı da saymaq olar. Rəsmi Vaşinqton isə susqun görünür. Çünki nə qədər Fransa və şəxsən Makron öz ambisiyalarını həyata keçirmiş kimi görünsə də, əslində Avropa İttifaqı ABŞ-ın susqun razılığı ilə fəaliyyət göstərir. Faktiki olaraq, rəsmi Vaşinqton Rusiya ilə geosiyasi mübarizənin Qafqaz cəbhəsinin əsasını qoyur. Bu artıq geopolitik mübarizənin bizim sərhədlərimizə, bizim ərazilərimizə gəlməsi deməkdir".
Turab Rzayev bildirib ki, Ukrayna cəbhəsində Rusiyanı Şərqi Avropadan çıxarmağı planlayan Qərb Ermənistan-Azərbaycan sərhəddində hərbi baza yaratmaqla Rusiyanı Qafqazdan çıxarmağı planlaşdırır: "Artıq Rusiyanın sərhədlərinin müdafiəsi Cənubi Qafqazdan deyil, Volqa-Don kanalından keçəcək. Eyni zamanda, Cənubi Qafqazda hərbi iştirak ilə Avropa İttifaqı, dolayısı ilə Qərb, strateji kommunikasiya xətlərinin, lojistik dəhlizlərin uğrunda gedən mübarizədə də bir addım önə keçəcək. Sürətli şəkildə, Şərq-Qərb istiqamətində bütün kommunikasiyalara nəzarət etməyə çalışan, şərəfsizlər öz Şimal-Cənub dəhlizini sürətlə inşa edən Rusiya bununla bütün Avrasiyaya hökm etmək, əsasən də Yaxın Şərqə birbaşa çıxış əldə etmək istəyirdi. Qərbin bu strateji gedişi, Rusiyanı Qafqazdan qovmağa planlaşdırılıb. Bunun nəticəsində Rusiya Şimal-Cənub dəhlizini reallaşdırmaq imkanından məhrum olacaq, eyni zamanda Şərq-Qərb kommunikasiya xətlərinə də nəzarəti itirəcək. Hər iki istiqamətdə Avropa İttifaqı, dolayısı ilə rəsmi Vaşinqton söz sahibinə çevriləcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya