Qərb Rusiya ilə Türkiyə arasında müharibə hazırlayacaqmı?

2022-07-29 13:21:00

Qərb Rusiya ilə Türkiyə arasında müharibə hazırlayacaqmı?

Uzun müddətdən bəri Qərbin Türkiyəni Rusiya ilə üz-üzə gətirmək üçün çoxsaylı cəhdlər etdiyi gündəmdə dolaşır. Rusiyalı ictimai xadim Nikolay Starikov bu məsələyə öz-nöqteyi nəzərindən yanaşmanı ortaya qoyur.

N.Starikov bu versiyanı ifadə edir: "Qərbin Rusiyaya qarşı durmaq üçün yaratdığı Ukrayna layihəsi öz vəzifəsinin öhdəsindən gəlmir, bu alət Rusiyanın xüsusi hərbi əməliyyatı nəticəsində qırılıb və sındırılacaq. Ona görə də ABŞ tədricən Rusiya ilə Türkiyə arasında müharibə üçün zəmin hazırlayır. Bunun üçün Türkiyə əvvəlcə NATO-dan çıxarılacaq, sonra isə qarşıdurma dərəcəsini tədricən artıracaqlar".
Əlbəttə Starikov Türkiyənin Rusiyanın potensial rəqibi olduğuna nəinki şübhə etmir, əksinə bunu dilə gətirir. "Türkiyənin geosiyasi vektoru türkdilli ölkələrə və xalqlara yönəlib – məhz onların hesabına Türkiyə Yeni Osmanlı İmperatorluğunu yaratmaq üçün-yəni dünya səviyyəli oyunçu olmaq üçün, obrazlı desək, resurslar ala bilər. Hələlik o altenativsiz regional lider deyil. Yeni İmperatorluq yaratmaq üçün-Böyük Turan”-türk ölkələrindən və xalqlarından Türkiyəyə resursların nəqli sistemi qurulur. Köhnə Osmanlı İmperiyasından fərqli olaraq yenisi daha etibarlı olduğu üçün islami-dini yox, türk faktoru üzərində qurulacaq. Ancaq dini amil türklər üçün əlavə bonus olacaq - axı türklərin böyük əksəriyyəti sünni müsəlmanlardır.
Lakin Rusiya Böyük Turanın həyata keçirilməsinin qarşısında durur: türk xalqlarının məskunlaşdığı ərazi (uyğurlar istisna olmaqla) Rusiyanın ya öz ərazisi ya da ənənəvi geosiyasi təhlükəsizliyi təsir zonasıdır. Turanın planlarının daha da reallaşacağı təqdirdə Rusiya ilə toqquşma qaçılmazdır. Rusiya öz coğrafi təhlükəsizlik zonasını (Orta Asiya, Zaqafqaziya) könüllü olaraq Türkiyəyə verə bilməz - bu, pantürkist ideyaların Rusiyanın daxilindəki türk bölgələrinə nüfuz etməsi, daxili siyasi vəziyyəti laxlaması, uzunmüddətli perspektivdə isə - Rusiyanın dağılması ilə nəticələnər. Sonuncu birmənalı olaraq Ankaranın maraqlarına uyğundur, çünki o, Rusiya dövlətinin fraqmentlərini öz təsir dairəsinə daxil etməyi gözləyir.
Bu gün Türkiyə arxasında Qərbi və NATO-nu hiss etdiyi üçün inamla hərəkət edir. Bəs qarantiya haradadır ki, müttəfiqlikdən çıxarıldıqdan sonra (Bununla Qərb Ankaranın planlarına tam biganəliyini nümayiş etdirəcək) 20-ci illərdə və 50-ci illərin əvvəllərində olduğu kimi avantürist xarici siyasətini davam etdirəcək. Hətta Qərbin hərbi texnologiyasına çıxış vəziyyəti yaxşılaşdırmayacaq. Ukrayna ilə çox böyük fərq var - onu NATO-ya daxil olmaq və Qərbin birbaşa yardımı vəd edərək silahlarla doldurdular. Türkiyəyə isə bu cür yardımlar istisna ediləcək. Rusiya ilə təkbətək müharibəyə qərar vermək üçün Türkiyə rəhbərliyi kollektiv dəlilik vəziyyətində olmalıdır. NATO-dan çıxarılandan sonra Qərb Rusiya-Türkiyə toqquşmasını arzulamaya bilər.
Amma bu o demək deyil ki, o, rusofobiyanı qızışdırmaqla Türkiyənin xarici siyasətində boşboğazlıq kartına oynamayacaq. Regional ittifaqlar ideyası köməyə gələ bilər. Məsələn, Böyük Britaniyanın himayəsi altında və Bolqarıstan, Rumıniya və Gürcüstanın mümkün birbaşa iştirakı ilə Polşa-Türkiyə-Azərbaycan regional blokunun yaradılması. Ən azı Britaniyadan, ən çox isə bütün Qərbdən kömək ümid edən belə bir “altılıq” bloku Rusiyaya qarşı uğurlu lokal müharibəyə ümid edə bilər.
Bu gün ABŞ və İsrail Türkiyəni İran əleyhinə koalisiyaya cəlb etməyə çalışır. ABŞ-ın köməyi ilə türkləri İrana qarşı mübarizədə müttəfiqi hesab etdiyi kürdlər əleyhinə Suriyada hərbi əməliyyat keçirməməyə inandırmağa çalışan İsrailin narazılığı da bundandır. Və Mövlud Çavuşoğlu Türkiyənin icazəyə ehtiyacı olmadığını açıq şəkildə bəyan etsə də, çətin ki, ABŞ və müttəfiqləri ilə münasibətləri tamamilə korlamaq qərarına gəlsin. Birinci mərhələdə Qərb Türkiyə ilə İranı çəkişdirməli, Rusiya-Türkiyə münasibətlərini gərginləşdirməlidir. Və o zaman yeni Rusiya-Türkiyə müharibəsi planlarını həyata keçirmək çox asan olacaq". 
P.S. Yeri gəlmişkən, Rusiyanın Türkiyəyə qarşı məsum müttəfiqlik fikirləri bəslədiyini iddia edən sadəlövhlər vəziyyətə buraz ayıq gözlə baxsalar yaxşı olar.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060087