Saat:04:43
Haqqımızda

Qərb qurumlarının Qarabağ mövzusunda ƏDALƏTSİZ YANAŞMASININ BARİZ NÜMUNƏSİ...

2024-04-23 12:56:09

Qərb qurumlarının Qarabağ mövzusunda ƏDALƏTSİZ YANAŞMASININ BARİZ NÜMUNƏSİ...

Nazim Cəfərsoy: "Qəbul edilməsə belə, rəsmi şəxslərimiz haqqında sanksiya qərarı üçün layihə özü ABŞ-Azərbaycan münasibətlərini zəhərləmə funksiyası daşıyır"

"Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxararkən və Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresində 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə gündəmdədir. Qəbul edilər, edilməz ayrı mövzudur. Xəbərə görə, təklif yunan əsilli və ermənipərəst Congreswomen Dina Titus liderliyində bir qrup deputat tərəfindən veriləcək. Seçki dövründə erməni və Kipr səbəbilə Azərbaycan əleyhdarlığı xüsusilə artan yunan lobbisi əməkdaşlığı ilə qarşı-qarşıyayıq!" Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Riskin yetərincə yüksək olduğunu vurğulayan politoloq hesab edir ki, qəbul edilməsə belə, lahiyə özü ABŞ-Azərbaycan münasibətlərini zəhərləmə funksiyası daşıyır: "Digər tərəfdən, siyahıya baxırsan ki, əsasən hərbçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabiti general-leytenant Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına! Bu addım Azərbaycan xalqında ABŞ və Qərb əleyhdarlığını gücləndirməyə xidmət edən addımdır! Üstəlik, general Hikmət Mirzəyev quru qoşunları komandanı və müdafiə nazirinin müavinidir. Dahası general Mirzəyevin Azərbaycanın növbəti müdafiə naziri olması ehtimalı yetərincə yüksəkdir. İndi bu kontekstdə ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!"

Nazim Cəfərsoyun sözlərinə görə, siyahıda adı olan bir digər mühüm şəxs isə DTX rəhbəri general-polkovnik Əli Nağıyevdir: "General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə və əsasən Qərbi hədəf alan beynəlxalq terrorizmə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ-la Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir! Qısaca, ümumilikdə Qərb qurumlarının Qarabağ mövzusunda ədalətsiz yanaşması sonrasında ABŞ Konqresi bu addım ilə də Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir. Sonra da oturub şikayət edəcəklər ki, Azərbaycan niyə Rusiya, İran və ya Çinlə əməkdaşlıq edir, bizi isə kənarda qoyur?!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.189694