Qərb Nikol Paşinyanın Anna Akopyanla əvəzlənməsi ssenarisini nəzərdən keçirir - Politik.am
ABŞ-ın sifarişi ilə Ermənistanda ictimai əhval-ruhiyyəni öyrənmək, Ermənistan vətəndaşlarının Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı baş nazir kimi görməyə hazır olub-olmadığını anlamaq üçün sorğu keçirilib, Bu barədə “Politik am” yazır.
Nəşr qeyd edir ki, sorğuların nəticəsinin nə olduğu bilinmir, lakin Qərb üçün Paşinyanı əvəz edə biləcək namizədlər siyahısında Anna Akopyanın da olduğu açıq-aydın görünür.
“ABŞ-ın Anna Akopyanla bağlı planları onun anti-Rusiya siyasətinin tərkib hissəsi kimi Ukraynaya səfər etdiyi, ruslar tərəfindən öldürüldüyü iddia edilən günahsız ukraynalıların xatirəsinə gül dəstələri qoyduğu, ehtiramını bildirdiyi, Zelenski ailəsi ilə görüşdüyü andan ciddi şəkil alıb. Anna Akopyanın bu addımı atması amerikalıları onun Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb.
Mahiyyətcə, ABŞ-ın bəslədiyi ssenari Anna Akopyanın hiperaktivliyini izah edir. O, uğurlu iş adamları, bloggerlər, qadınlar, tələbələr və mərhumun yaxınları ilə görüşür. Hər gün Anna Akopyanın fəaliyyəti ilə bağlı reklam çarxları yayılır. Əslində Anna Akopyan seçkilərin elan edilməməsinə baxmayaraq, aktiv kampaniya aparır.
Akopyan öz fəaliyyətinə geosiyasi məzmun da verir. Məhz bu səbəbdən bu yaxınlarda Vatikanda yenidən Ukrayna prezidentinin xanımı ilə görüşdü. O, Qərbə açıq siqnal verir ki, etimadı qazanacağı təqdirdə hər şeyə hazırdır.
Ekspertlər son səs-küylü istefaların məhz Anna Akopyana hakimiyyətin verilməsi çərçivəsində baş verdiyini istisna etmirlər. Ən mühüm vəzifələrə Anna Akopyanla yaxın əlaqələri olan şəxslər təyin olunacaq. Anna Akopyanın dostu Arpine Sarkisyan daxili işlər naziri təyin edilib, Anna Akopyanın qudası David Xudatyan isə ərazi idarəsi naziri olacaq. Bu vəzifələrin hər ikisi seçkilər zamanı əsasdır.
Bir sözlə, Qərb bu məsələyə ciddi yanaşır və indi, deyəsən, bu ssenarinin həyata keçirilməsi üçün hər şey dəqiq şəkildə edilir”, deyə nəşr yazır.
Ülviyyə, Hurriyyet.az