Saat:23:32
Haqqımızda

“Qərb markalarının yerini Türkiyə brendləri alacaq”

2022-05-23 13:53:00

“Qərb markalarının yerini Türkiyə brendləri alacaq”

Rusiyada Türkiyə üçün “420 futbol meydanı böyüklüyündə” bazar meydanı açılır!

Hurriyyet.az xəbər verir ki, Türkiyə brendləri Rusiyanı tərk eləmiş Qərb markalalarının yerini tutacaq. Bu barədə məlumatı Türkiyənin “Hürriyet” nəşri yayıb.

Rusiyanın Ticarət Mərkəzləri Şurasının Prezidenti Dmitri Moskalenko Rusiyanı tərk eləmiş brendlərin Türkiyə üçün 3 milyon kvadrat metr sahə azad elədiklərini bildirib.

Moskalenko deyib: “Rusiyanı tərk eləmiş brendlərin Türkiyə brendləri ilə əvəzlənməsi ilə bağlı yeni danışıqlar fazasına daxil oluruq. Bizim proqnozlarımız görə, bu ilin payızında bütün Rusiya ərazisi boyunca 3 milyon kvadrat metr böyüklükdə - 420 futbol meydanı qədər ticarət sahəsi boşalmış olacaq”.

Moskalenko qeyd edib ki, Rusiya bazarı üçün yeni olan Türkiyə brendlərina “Moskvadan başlayaraq, ən yaxşı ticarət mərkəzlərində” məkanlarla tanış olmaq imkanı yaradılacaq.

Moskalenko Türkiyə mətbuatına müsahibəsində deyi: “Türkiyə şirkətlərinin Rusiyada uzun müddət qalması və sərfəli investisiyalar etməsi üçün danışıqlar aparırıq”

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR