Qərb kəşfiyyatı Rusiyanın səfərbərlik və müharibə elan edəcəyini bildirdi

2022-05-04 15:17:00

Qərb kəşfiyyatı Rusiyanın səfərbərlik və müharibə elan edəcəyini bildirdi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Qərb kəşfiyyat mənbələri Vladimir Putinin Rusiyanın Qələbə günü kimi qeyd elədiyi 9 may tarixində Ukraynaya qarşı rəsmi şəkildə müharibə elan edərək ölkədə səfərbərlik elan edəcəyini iddia edib.

Kəşfiyyat məlumatlarına görə, Rusiya həmin tarixə qədər Maiupol şəhərini tamamilə ələ keçirərək orada zəfər paradı keçirməyi planlaşdırır.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinə sədaqəti ilə seçilən Ramzan Kadırov da “Ukraynada hərbi əməliyyatların ikinci mərhələsini keçirmək” təklifi ilə çıxış edərək, əslində Kremlin niyyətini səsləndirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya