Saat:03:48
Haqqımızda

"Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə aça bilmədiyi üçün aqressivləşib" - İvanişvili

2024-05-02 18:07:25

"Xaricdən maliyyələşən QHT-lər suverenliyə təhdiddirlər"
Hurriyyet.az xəbər verir ki, biznesmen, hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının banisi Bidzina İvanişvili "qlobal müharibə partiyası"nı Gürcüstan və Ukraynanın Rusiya ilə müharibəyə sürükləmək niyyətinə görə ittiham edib.
Siyasətçi xatırladıb ki, 2008-ci ildə, NATO-nun Buxarestdəki sammitində Gürcüstan ilə Ukraynaya alyansa daxil olmaqla bağlı vədlər veriblər, lakin növbəti onbeşillikdə eləcə daxil olmaq astanasında, "yelçəkəndə dayanmış vəziyyətdə" qoyublar.
İvanişvili deyib: "Bütün belə qərarlar qlobal müharibə partiyası tərəfindən verilir. Həmin partiya NATO-ua və Avropa İttifaqına həlledici təsirə malikdir və onun üçün Gürcüstan da, Ukrayna da müharibənin ətçəkən maşınından keçdiyi qədər dəyərlidir. Əvvəl onlar 2008-ci ildə Gürcüstanla Rusiyanı qarşı-qarşıya qoydular, ardından 2014 və 2022-ci illərdə Ukraynanı daha ağır vəziyyətə saldılar".
Onun sözlərinə görə, "qlobal müharibə partiyası Gürcüstanı ikinci cəbhəyə çevirə bilmədiyi üçün respublikaya qarşı aqressivləşib". İvainişvili qeyd  edib ki, "Gürcüstanı suverenlikdən məhrum etmək üçün edilən bu cəhdlər" məhz xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilib.
İvanaşvili izah edib ki, xarici agentlər barəsində qanun layihəsi məhz onların fəaliyyətinin qarşısını almağa yönəldilib.
Qeyd edək ki, son günlərdə Gürcüstan müxalifəti tərəfindən güclü etirazla qarşılanan "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsi illik maliyyələşdirilməsinin 20 faizi xaricdən daxil olan qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasını nəzərdə tutur. Layihədə heç bir məhdudiyyət nəzərdə tutulmasa da, müxalifət hesab edir ki, belə bir qanun Gürcüstanın Avropa İttifaqı yolu ilə irəliləməsinə əngəl olacaq.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225417